Ağciyərinə pişik tükü gedən şəxs həyatını itirib
Sapancada heyvansevər şəxs pişik tükünün ağciyərinə getməsi səbəbilə həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Sakarya vilayətinin Sapanca rayonunda küçə heyvanlarına olan sevgisi ilə tanınan 55 yaşlı Okan Diköz ağciyərinə pişik tükünün getməsi nəticəsində yaranan infeksiyaya görə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Küçədəki heyvanlara qayğı göstərirdi
Sapancanın Yanık məhəlləsində yaşayan Okan Diköz həm evində saxladığı pişiklər, həm də küçə heyvanlarına göstərdiyi diqqət və qayğı ilə ətrafında tanınan və sevilən bir sima idi.
Ağciyərinə keçən pişik tükü həyatına son qoydu
Təxminən 10 gün əvvəl nəfəs darlığı şikayəti ilə xəstəxanaya müraciət edən Diközün müayinəsi zamanı onun ağciyərinə pişik tükü keçdiyi müəyyən edilib. Bu vəziyyət orqanizmində infeksiyaya səbəb olub. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Okan Diközün həyatını xilas etmək mümkün olmayıb.
Son mənzilə yola salındı
Heyvansevərliyi ilə yadda qalan Okan Diközün nəşi Sapanca Yanık məhəlləsində yerləşən Mərkəz məscidində qılınan cənazə namazından sonra Yanık Kurtköy qəbiristanlığında torpağa tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 818 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl
4 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyulXƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı
4 iyulAtası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş (FOTO)
İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərin
6 iyulAzərbaycanda ZƏLZƏLƏ OLDU
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub
4 iyul