Dənizdə sahilə vurmuş kişi meyiti tapıldı

Dənizdə sahilə vurmuş kişi meyiti tapıldıAntalyanın Konyaaltı sahilində kişi meyiti tapılıb. Cəsədin üzərindəki dərin kəsiklər onun Aşağı Düden şəlaləsindən yıxıldığı ehtimalını gücləndirir. Həmin şəxs dünən axşam saatlarında şəlalədən düşmüş və axtarışlara baxmayaraq tapılmamışdı.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Sahildə istirahət edən bir vətəndaş suyun yaxınlığında hərəkətsiz yatan şəxsi görərək, dərhal cankurtaranlara məlumat verib.

Cəsədin kimliyi müəyyən olunmayıb

Əraziyə dərhal təcili tibbi yardım, Sahil Mühafizəsi, Cinayət Axtarış Şöbəsi və polis əməkdaşları cəlb olunub. Təcili tibbi yardım əməkdaşlarının yoxlamasından sonra məlum olub ki, həmin şəxs artıq dünyasını dəyişib.

Hadisə yerinə gələn prokurorun ilkin araşdırmasından sonra polis ekspertiza qrupu sahildə araşdırma aparıb. Təxminən 50 yaşlarında olan şəxsin üzərindən heç bir sənəd tapılmayıb. Cəsəd otopsiya üçün Antalya Məhkəmə Tibbi Ekspertiza Məntəqəsinin morquna təhvil verilib.

"Günəşlənir sandım, amma cansız idi"

Hadisənin şahidi Yusuf Pekyeğen baş verənləri belə izah edib:
"Burada dənizə girmək istəyirdim. Sudan birinin üzdə olduğunu gördüm, əvvəl günəşlənir zənn etdim. Amma cansız idi. Çıxarmağa çalışdım, gücüm çatmadı. Cankurtaranlara xəbər verdim. Onlar müdaxilə etdilər, amma bədəni şişmişdi və dayanmadan qan axırdı. Qorxduq."

Dərin kəsik izləri aşkarlandı

Cəsədin baş və bədən nahiyəsində dərin kəsik izləri olduğu müəyyən olunub. İlkin ehtimallara görə, cəsəd dünən axşam saatlarında Aşağı Düden Şəlaləsindən yıxılaraq axınla sahilə qədər sürüklənib. Meyitin kimliyi və ölüm səbəbi aparılacaq otopsiyadan sonra dəqiqləşəcək.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 754   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021