Hesablama Palatası İcbari tibbi sığorta fondunda nöqsanlar aşkar edib

Hesablama Palatası İcbari tibbi sığorta fondunda nöqsanlar aşkar edibİcbari tibbi sığorta fondunun (Fond) 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrasının, eləcə də sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyan kənar dövlət maliyyə nəzarəti tədbiri 2025-ci ilin İş Planına əsasən həyata keçirilib. Qeyd edək ki, audit obyektləri kimi Fondun vəsaitlərini idarə edən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), eləcə də, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin təchizatı və təmiri və s. istiqamətdə tədbirləri həyata keçirən "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxs (Mərkəz) müəyyənləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, dövlət büdcəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuş hesabatlarda Fondun gəlir və xərclərinin 2023-cü il üçün 2 milyard 236 milyon 900 min manat və 1 milyard 804 milyon 300 min manat, 2024-cü il üçün isə 2 milyard 467 milyon 200 min manat və 2 milyard 214 milyon 700 min manat təşkil etdiyi göstərilib.

Təqdim olunmuş illik hesabatların auditi Agentlik tərəfindən hesabatlılığın düzgün təşkil edilməməsi nəticəsində Fondun gəlir və xərc göstəricilərinin, bununla da icmal büdcənin müvafiq parametrlərinin təhrifini müəyyən edib. Təhriflər gəlirlərin icrası ilə bağlı göstəricilərin tam nəzərə alınmaması, əvvəlki illərə dair bəzi istiqamətlər üzrə xərclərin və öhdəliklərin hesabatda doğru tanınmaması səbəbindən yaranıb.

Həmçinin qeyd edək ki, auditlə əhatə olunan illər üzrə Fondun büdcəsi haqqında müvafiq hüquqi aktlarda nəzərdə tutulmayan istiqamətlərdən vəsait daxil olub, eləcə də, xərclər üzrə isə həmin hüquqi aktlarda nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib. Eyni zamanda, bəzi istiqamətlərdə təsdiq olunmuş məbləğdən çox vəsaitin icrasına da yol verilib.

2023-2024-cü illərdə Fondun büdcələri ilə bağlı müvafiq hüquqi aktlarda əvvəlki illərdə istifadə olunmamış vəsaitlərin müvafiq ilin xərclərinə yönəldilməsi nəzərdə tutulsa da, icra edilməyib. Əvvəlki illərdə formalaşmış gəlirin artıq dövlət gəlirləri kimi uçota düşməsi fonunda bu məbləğin bir hissəsinin yenidən gəlir olaraq büdcədə əks olunması dövlət gəlirlərinin həmin məbləğ qədər təkrar uçotuna şərait yaradıb.

Dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik məlumatlarla kiçik fərqlərlə uyğunluq təşkil etmədiyi müəyyənləşdirilib. Həmçinin, eyni kateqoriyalı vətəndaşlara münasibətdə bir neçə mənbə hesabına tibbi xidmətlərin (sığortanın) nəzərdə tutulması bu sahədə əsaslı yanaşmaların tətbiqinə ehtiyac olduğunu vurğulamaq imkanı verir. Eləcə də, icbari tibbi sığorta haqqının adambaşına düşən məbləğinin məhz hansı xərcləri əhatə etməklə müəyyənləşdirilməsi mexanizminin hər hansı hüquqi aktla və ya metodoloji sənədlə əsaslandırılması ilə bağlı audit çərçivəsində məlumat təqdim edilməyib.

Hüquqi aktların tələblərinə əsasən büdcədənkənar dövlət fondları tərəfindən büdcə layihəsi üzrə müvafiq göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim edilməlidir. Hesabatlılığın tam formalaşdırılmaması ilə yanaşı, 2023-2024-cü illərdə Fondun büdcəsinin gəlirlərinin Vahid Büdcə Təsnifatının paraqraflar səviyyəsində bəzi istiqamətlərin əks etdirilməsi fonunda xərclər üzrə ümumiyyətlə, təsnifat tətbiq olunmayıb.

Agentlik tərəfindən təqdim olunmuş məlumatların təhlili göstərir ki, gəlirlərdə olduğu kimi, xərclərdə də əvvəlki il üzrə icra meyillərinin nəzərə alınmaması proqnozların daha çox müəyyənləşdirilməsi ilə xərclərin çox nəzərdə tutulmasına, bununla da icra səviyyəsinin aşağı olmasına şərait yaranıb. Belə ki, hesabatlarda 2023-2024-cü illər üçün 2 milyard 393 milyon 200 min manat və 2 850 300 manat xərc məbləğinə münasibətdə 81.1% və 78.5% vəsaitin icra edilməsi göstərilib.

Toplanmış audit sübutları göstərir ki, Agentlik tərəfindən hesabat illərində icra edilmiş vəsait üzrə hesabatlılıq yalnız həmin ildə müəyyənləşdirilmiş xərc istiqamətləri üzrə icraları əhatə edib. Başqa sözlə, həm 2023-cü, həm də 2024-cü ildə əvvəlki illərdən qalmış öhdəliklərin icrasına vəsait yönəldilsə də, hesabatlara həmin məbləğlər tam daxil edilməyib.

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununda (Qanuna) idarəetmə xərclərinin təsbit olunmaması, saxlanma xarakterli başqa xərclərin ayrıca sətirlə Fondun büdcəsi haqqında müvafiq hüquqi aktlara daxil edilməsi, TƏBİB-ə münasibətdə saxlanma xərclərinin yuxarı həddinin tənzimlənməməsi və bu qurumun yaratdığı hüquqi şəxslərin sayında müşahidə olunan artım cəmi xərclərdə inzibati xarakterli xərclərin payının yüksəlməsinə təsir göstərib. Eləcə də, hüquqi aktlarda bəzi tənzimləmələr üzrə boşluqların, eləcə də həmin xərclərin artımına səbəb olan istiqamətlərə aid uyğunsuzluqların olduğu müəyyən edilib.

Göstərilən məsələlərin araşdırılması idarəetmə xərclərinin hansı istiqamətləri əhatə etməsi ilə sıx əlaqəlidir. Belə ki, dövlət sosial müdafiə fonduna münasibətdə idarəetmə xərclərinin qanunvericilikdə anlayışı verilib və nələri əhatə etməsi göstərilib. Lakin yuxarıda adıçəkilən Qanunda belə bir yanaşma tətbiq edilməyib, idarəetmə xərclərinin anlayışı verilmədən idarəetmə və fəaliyyət xərclərinin (o cümlədən, saxlanma xərclərinin və işçilərin əməkhaqlarının) maliyyələşdirilməsinə Fondun gəlirlərinin 2%-dən artıq olmamaqla vəsait yönəldilməsi təsbit edilib. Bununla da, Agentlik üzrə idarəetmə xərclərinin sərhədlərinin müəyyənləşdirilməsi çətinləşib.

2023-cü ilin may ayınadək TƏBİB Agentlik tərəfindən yaradılan və tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum kimi təyin edilib. Son illərdə inzibati islahatlar aparılaraq TƏBİB müstəqil bir qurum kimi müəyyənləşdirilsə də, Agentliyin saxlanma xərclərinin 2%-lik yuxarı həddi dəyişməz saxlanıb.

Eyni zamanda, TƏBİB-in strukturunu müəyyən edən hüquqi akta hər hansı bir dəyişiklik edilmədən hüquqi şəxslərin yaradılması həmin qurumun saxlanma xərclərinin də Fondun vəsaitləri hesabına həyata keçirilməsi anlamına gəlir və TƏBİB-in saxlanma xərclərini artırır. TƏBİB-in saxlanma xərcinin yuxarı həddi ilə bağlı tənzimlənmənin nəzərdə tutulmaması bu xərcin yaradılmasına zərurət araşdırılmadan yeni qurumlara vəsaitin yönəldilməsi ilə nəticələnir.

Qeyd edək ki, Fondun büdcəsində saxlanma xarakterli digər xərclər də nəzərdə tutulmaqla icra olunsa da, həmin xərclər saxlama xərci kimi təsnifləşdirilməyib. Bunları da nəzərə alsaq, göstərilən istiqamətdə gəlirlərin Qanunla müəyyən edilmiş 2%-lik həddən çox vəsait icra olunduğunu deyə bilərik.

Səhiyyə sahəsində məqsədli tədbir və proqramlara ayrılmış vəsaitlərin büdcə qanunvericiliyinin tələblərinin pozulması ilə icrası dövlət büdcəsi ilə yanaşı icmal büdcənin kassa icrası göstəricilərinin təhrifinə səbəb olub, vəsaitin ayrıldığı illərdə tam icra edilməməsi həmin ildə ayrılmış vəsaitlərin nəticəliliyinin əldə olunmasında əsaslı riskləri formalaşdırıb.

Bəzi hallarda alınmış dərman vasitələri üzrə ehtiyacdan az proqnozlaşdırma aparılıb, eləcə də dövlət proqram və tədbirlərinin əhatə etdiyi vətəndaşlar üzrə hesabat illəri üçün hesablanmış və alınmış dərmanlar və tibbi sərfiyyat ehtiyac sahiblərinə həmin ildə çatdırılmayıb.

Hüquqi aktların müəyyən etdiyi tələblərin düzgün tətbiq olunmaması vergi və icbari ödənişlərin təkrar nəzərə alınmasına səbəb olmaqla tibbi xidmətlərin tariflərinin 26% daha çox hesablanılması ilə nəticələnib. Eləcə də, tariflərə daxil edilmiş xərclərin hesablanılması ilə bağlı hər hansı hüquqi və ya metodiki sənədin olmaması dəyər/tarif uyğunluğunun təmin edilməsində əsas risk faktorunu formalaşdırıb.

İstifadə olunan avadanlıqların dəyəri bir sıra hallarda alış qiymətlərindən daha yüksək qiymətlərlə tarifə daxil edilib, bəzi tibbi sərflərin dəyərinin tariflərdə təkrar nəzərə alınmasına yol verilib, qeyd edilənlər, öz növbəsində, bəzi xidmətlərdə tariflərin artımına səbəb olub.

Dəyəri daha yüksək olan xidmətlərin TƏBİB-in tabeliyində olmayan tibb müəssisələri tərəfindən təqdim olunması TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyə sərbəstliyinin formalaşmasına təsir göstərməklə yanaşı mövcud meyllərin araşdırılması ilə kadr və texniki təminatla bağlı potensialın gücləndirilməsi zərurətini qeyd etmək imkanı verir. Ümumiyyətlə, qeyd edək ki, toplanmış audit sübutları ilə, eləcə də Hesablama Palatasının bir neçə tibb müəssisəsində həyata keçirdiyi auditlərlə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizminin sığorta prinsiplərinə tam uyğun təşkil edilmədiyi müəyyənləşdirilib. Hazırda tətbiq edilən yanaşma yalnız fəaliyyətin saxlanma xərclərinin ödənilməsinə əsaslanmaqla təmin olunmasına xidmət edir ki, bu da Fondun, həmçinin tibb müəssisələrinin maliyyə dayanıqlılığının formalaşdırılmasına mane olur.

TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təminatının tam həyata keçirilməsi, o cümlədən dərman və tibbi sərfiyyatla təmin edilməsi fonunda hər iki ildə cərrahiyə əməliyyatlarının, xüsusilə dəyəri daha yüksək olan əməliyyatların əsas hissəsi, o cümlədən dəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90%-dən çoxu özəl tibb müəssisələrində icra edilib.

Qeyd edək ki, Agentliklə özəl tibb müəssisələri arasında bağlanılmış müqaviləyə əsasən tibb müəssisəsi göndəriş vərəqəsi olduğu hallarda sığortaolunanlara Xidmətlər Zərfində nəzərdə tutulmuş tibbi xidmətləri göstərmək hüququna malikdir. Audit olunan illərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda Agentlik tərəfindən 14 sayda tibb müəssisəsinə 2 ildə cəmi 4 273 600 manat vəsait ödənilib.

Sərbəst vəsaitin idarə olunması ilə bağlı qeyd edək ki, 2022-ci ilin sonuna investisiya edilmiş vəsaitin həcmi 462 mln. manat təşkil edib, 2023-cü ildə bu, 814 mln. manat artaraq 1 milyard 276 milyon 400 min manat, 2024-cü ildə isə 175,3 mln. manat artaraq 1 451 700 manat olub. Agentlik tərəfindən investisiya fəliyyətini tənzimləyən hüquqi aktın tələbinə bəzi hallarda tam əməl edilməməməsi 31.12.2024-cü tarixə depozitlər cəmi investisiya edilmiş sərbəst maliyyə vəsaiti payının hüquqi aktlarla müəyyən edilmiş həddən çox olmasına gətirib çıxarıb.

Dövlət büdcəsindən səhiyyə sahəsində proqram və tədbirlərə ayrılmış vəsaitin bir hissəsi, bəziləri üzrə isə böyük hissəsi və ya tam məbləğdə həmin ildə icra olunmasa da, Agentlik tərəfindən geri qaytarılması səbəbindən bu vəsaitlər düzgün olmayaraq qalıq məbləğinə daxil edilib və investisiya fəaliyyəti çərçivəsində istifadə olunub.

Əks-repo əməliyyatlarının daha uzun müddətə həyata keçirilməsi daha əlverişli investisiya alətlərinin geniş istifadəsini məhdudlaşdırmaqla 2023-cü ildə investisiya fəaliyyətindən əldə edilmiş xalis mənfəətin 2024-cü illə müqayisədə 2 dəfədən az olmasına təsir göstərib, hər iki ildə investisiya gəlirlərinin mühasibat uçotunda düzgün əks etdirilməməsi maliyyə hesabatlarının tərtib edilməməsi fonunda bu hesabatlarda təhriflərin formalaşmasında riskləri formalaşdırıb.

Keçirilmiş satınalmalarla bağlı qeyd edək ki, 2 ildə 277 satınalma keçirilib, həmin satınalmalar nəticəsində 757 136 300 manat dəyərində müqavilə bağlanılıb. 2023-2024-cü illərdə cəmi satınalmaların 43%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6.7%-i bu satınalma metodunun payına düşüb.

Ümumiyyətlə, keçirilmiş satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə yol verilmiş nöqsanlar, alınmış malların sifarişçiyə vaxtında çatdırılmaması, bağlanmış müqavilələrin icra faizlərinin aşağı, bəzi hallarda isə çox aşağı olması, anbarda mal qalıqları olduğu halda həmin mallar üzrə alışların həyata keçirilməsi, bir sıra hallarda isə alınmış malların anbarda hərəkətsiz qalması, il daxilində eyni malların müxtəlif qiymətlərə alınması (bəzən eyni podratçılardan), bir sıra malların 2023-cü ildə 2022-ci ilə nisbətən və 2024-cü ildə 2023-cü ilə nisbətən əsaslandırılmamış baha alınması, tender predmetinin səmərəli və effektiv bölgüsünün uyğun aparılmaması nəticəsində xüsusən dövlət proqramları çərçivəsində dərman vasitələrinin alınması zamanı ehtimal qiymətdən və Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınması satınalmaların effektivliyini aşağı salan amillərdən olub.

Faktiki olaraq satınalma predmetlərinin və hətta podratçıların illər ərzində təkrarlanmasına və alışların proqnozlaşdırıla bilinən olmasına baxmayaraq, proqnozlaşdırma işləri tələblərə uyğun qurulmayıb, məbləğ olaraq iki ilin yekununa görə satınalmaların 70%-i ilin son iki rübündə keçirilib.

Bəzi hallarda bir mənbədən satınalma üçün alınmış icazələr üçün göstərilmiş əsaslar icra prosesində təsdiqini tapmamışdır. Bu isə əsassız olaraq müsabiqəsiz şərtlərin tətbiq edilməsinə şərait yaradıb.

Toplanmış audit sübutları bəzi hallarda Agentlik tərəfindən tibbi alışların həyata keçirilməsi prosesində qiymətləndirmələr zamanı əsas şərtlər toplusunda göstərilməyən amillərin əsas götürüldüyünü göstərir. Bu, hüquqi aktın tələbinin pozulması ilə yanaşı, ehtiyacların ödənilməsində qənaətli hesab edilməyən yanaşmaların tətbiqi ilə nəticələnib.

Dərman, tibbi sərfiyyat və avadanlıqların, xüsusilə də dövlət proqramları ilə alınan malların bu istiqamətlərdə ayrılmış vəsaitlərin həmin il daxilində ehtiyacların ödənilməsi üçün ayrıldığını nəzərə alaraq malların məhz həmin il daxilində çatdırılmaması əhalinin bu mallar üzrə ehtiyac qruplarının həmin il daxilində səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb. Alışlar zamanı müvafiq podratçılara 127.6 mln. manat dəyərində malların saxlanca geri verilməsi zamanı zəruri məlumatlar əsasında uçotun aparılmaması son təyinat nöqtələri olan tibb müəssisələrinə təhvil verilmiş malların yararlılıq müddətlərinin satınalma və müqavilə şərtlərinə uyğunluğunda əsaslı riskləri formalaşdırıb.

İnformasiya sistemlərinin və avadanlıqlarının alışı zamanı ehtimal olunan qiymətin idxal qiymətindən çox fərqlənməsi maliyyə vəsaitlərinin qənaətli və səmərəli istifadəsinə tam şərait yaratmayıb.

Daxili nəzarət mühitinin qiymətləndirilməsi ilə bağlı ilk olaraq qeyd edək ki, auditin əhatə etdiyi illərdə vakant yerlərin çox olması, vəzifə təlimatlarının və illik iş planlarının hazırlanmaması nəzarət mühitinin tam təmin olunmadığını göstərir. Nəzarət mexanizminin yetərli olmaması, o cümlədən daxili auditin fəaliyyətinin təşkil edilməməsi maliyyə hesabatlarının tərtib edilməməsi ilə nəticələnib, sonuncu hesabata dair audit şirkəti tərəfindən verilmiş rəydə göstərilən qeydlər maliyyə hesabatlarının tam, dolğun və düzgün tərtibində əhəmiyyətli şübhələr formalaşdırıb. Belə ki, Agentlik tərəfindən hüquqi aktın tələbi pozulmaqla yalnız 2018-2021-ci illər üçün maliyyə hesabatları tərtib edilib, 2021-ci il üçün maliyyə hesabatı yalnız 2025-ci ilin may ayında kənar audit tərəfindən rəy alınmaqla müvafiq qaydada təqdim olunub. 2018-2021-ci illər üzrə Maliyyə hesabatlarına eyni müstəqil auditor (şirkət) tərəfindən şərti müsbət rəy verilib və rəy üçün əsaslar bölməsində rəyin modifikasiya edilməsi səbəbi kimi yalnız yetərli audit sübutu əldə edilməməsi əsas gətirilib ki, bu da beynəlxalq standartlara görə rəydən imtinaya əsasdır.

Nəzarət mühitinin yaradılması və risklərin idarə olunması sahəsində yol verilmiş bəzi nöqsanlar, eləcə də müxtəlif struktur bölmələrin fərqli ünvanlarda yerləşməsi, öz növbəsində, nəzarət fəaliyyətinin də nəticəli təmin olunmasına tam şərait yaratmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 509   Tarix: 30 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi

"Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub. -a istinadən xəbər verir ki, müvafiq əmrlə Gülşən Vəliyeva "Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinin müavini təyin edilib. Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyy

8 may
.

Nazir bu instituta direktor təyin etdi

Dosent Nazilə Salmanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb

8 may
.

"Pullarınızın oğurlanmasını istəmirsizsə, mürəkkəb şifrələrdən istifadə edin" - HÜQUQŞÜNAS

Son illərdə texnologiyanın sürətli inkişafı ilə yanaşı kibercinayətlərin sayı da ciddi şəkildə artıb. Sosial şəbəkələrin, internet bankçılığının və onlayn alış-veriş platformalarının geniş yayılması vətəndaşların şəxsi məlumatlarının oğurlanması, dələduzluq və kibertəhdidlərlə üz-üzə qalmasına səbə

8 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may
.

UNEC-in əməkdaşı 55 yaşında vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Leyla Mustafazadə vəfat edib. xəbər verir ki, Leyla Mustafazadə 55 yaşında dünyasını dəyişib. O universitetin Xarici Dillərin Tədrisi Mərkəzinin icraçı assistenti olub. Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi feysbuk hesabınd

8 may
.

Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR

Cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edən Nizami rayon sakini - 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara (Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, həmçinin müvafi

8 may
.

Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü

Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, V. Mustafayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub. Orta məktəbin 1-c

8 may
.

Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video

Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki

7 may
.

"Xınalıq" restoranında ofisiant qəfil öldü

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfa

8 may