P.Diddinin sevgilisi onun azadlığa buraxılmasını istəyib
ABŞ-li reper P.Diddinin (əsl adı - Şon Kombs) qurbanlarından biri onun həbsdən azad olunmasını xahiş edib.
Sonxeber.az-ın xəbərinə görə, bu barədə TMZ nəşri məlumat verib.
Məlumatda qeyd olunur ki, Virciniya Hyun adlı qadın reperin azad edilməsini istəyib.
Qalmaqallı sənətçi ilə əvvəllər münasibətdə olan qızın adı Kombsun işində onun üçüncü qurbanı kimi keçir. Nəşr qeyd edib ki, o, musiqiçinin məhkəməsində iştirak etməyib. TMZ tərəfindən yayımlanan hakimə müraciətində Hyun bildirib ki, reper cəmiyyət üçün təhlükə yaratmır və zaminə buraxıla bilər.
"Mən Şon Kombsu uzun illərdir ki, həm şəxsən, həm də peşəkar planda tanıyıram. Mən onu ilk növbədə ata, ailə başçısı və iş adamı kimi görürəm - o, həmişə bu rolları yerinə yetirməyə çalışıb. Bizim münasibətlərimizdə qara və ağ dövrlər olub, lakin reper öz səhvlərini etiraf etməyə və yaxşılığa doğru dəyişməyə hazır olub.
"Bildiyim qədəri ilə, o, artıq uzun illərdir aqressiya nümayiş göstərməyib və ilk növbədə ata olmağa can atıb", - deyə qadın əlavə edib.
O vurğulayıb ki, sənətçi azadlıqda qaldıqda öz ailəsinin və ondan asılı olan uşaqlarının qayğısına qalmağa davam edəcək.
Daha əvvəl isə məlum olmuşdu ki, ABŞ Prezidenti Donald Tramp bu ilin sonunda sənətçiyə hökm oxunmazdan əvvəl P.Diddiyə tam prezidentlik əfvinin verilməsini ciddi şəkildə nəzərdən keçirir.
Xatırladaq ki, iyulun əvvəlində Manhetten andlılar məhkəməsi Şon Kombsa qarşı beş ittiham üzrə hökm çıxarıb. Reper iki maddə üzrə - fahişəlik məqsədilə insanların transportasiyasında təqsirli bilinib. Onu on ilə qədər həbs cəzası gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 459 Tarix: 05 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabrMənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı
16 sentyabrBugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI
"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə
15 sentyabrNazirdən Bilik Günü ilə bağlı paylaşım
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız
15 sentyabr