Valideyinlər niyə azyaşlı uşaqlara sosial mediada bloq açırlar? Maddi maraqlar, gələcək travmalar...

Valideyinlər niyə azyaşlı uşaqlara sosial mediada bloq açırlar? Maddi maraqlar, gələcək travmalar...Bu gün sosial media insanlara həyatlarını paylaşmaqla yanaşı, maddi qazanc əldə etmək üçün də geniş imkanlar təqdim edir. Son illərdə xüsusilə azyaşlı uşaqların gündəlik həyatını, oyunlarını, yemək yeyərkən və səyahət zamanı çəkilən videolarını əhatə edən bloqlar böyük populyarlıq qazanıb. Lakin bu tendensiyanın sosial-psixoloji və etik tərəfləri ciddi müzakirələrə səbəb olur.

Sosioloji baxımdan uşağın sosial mediada iştirakı yalnız onun maraqları prioritet olduqda məqbul sayılır. Valideynlər əgər yalnız öz maddi qazancını artırmaq məqsədilə uşağın həyatını paylaşırsa, bu həm etik, həm psixoloji, həm də hüquqi baxımdan ciddi problemlər yaradır.

Azyaşlı uşaqlar hələ qərarvermə qabiliyyətinə malik olmadıqlarından, özləri barədə yayılan məlumatların gələcək nəticələrini anlaya bilmirlər. Onların şəkillərinin, videolarının və şəxsi həyat detallarının sosial mediada paylaşılması uzun müddətli xoşagəlməz nəticələr doğura bilər. İnternetdə yayılan məlumatlar silinməz iz buraxır və uşaq böyüdükdə bu məzmun onun şəxsi imicinə, sosial əlaqələrinə və peşə fəaliyyətinə mənfi təsir göstərə bilər.

Belə duruma düşən uşaq şəxsiyyətini formalaşdırma mərhələsində ikən özünü "kontent obyekti" kimi hiss etməyə başlayır. Bu vəziyyət isə "məni izləsələr, sevərlər" kimi təhlükəli düşüncə tərzinin yaranmasına səbəb olur.

Valideynlərin izləyici kütləsinin gözləntilərinə uyğun olaraq uşağın davranışlarını, geyimini və hərəkətlərini formalaşdırması uşağın böyüdükcə özünü ifadə etməkdə çətinlik çəkib, daim "rol oynayan" şəxsə çevrilməsinə də səbəb ola bilər. Ən ciddi təhlükə isə paylaşım məzmunlarının pedofil dairələr tərəfindən izlənmə və sui-istifadə riskidir ki, bu da uşağın təhlükəsizliyinə ciddi zərbə vurur.

Valideynlərin uşağı "gəlir mənbəyi" kimi qəbul edərək onun üzərindən maliyyə qazanmağa üstünlük verməsi ailədaxili münasibətlərdə də problemlər yaradır. Uşaq real həyatı "kamera qarşısında yaşamaq" kimi qəbul etməyə başlayır və diqqət, sevgi kimi emosional ehtiyacları yalnız maddi və vizual təqdimatla əlaqələndirir.

Bunlardan əlavə, sosial mediada uşağın şəkillərinin və videolarının yayılması sonradan məktəb və ictimai mühitdə bullinq (təzyiq, təhqir) hallarına səbəb ola bilər. Belə uşaqların böyüyüb şəxsiyyət qazandıqda "Mənim həyatım üzərimdən pul qazanılıb" kimi fikirlərlə ailəsinə qarşı güvənini itirmə və emosional problemlər yaşama ehtimalı yüksəkdir.

Uşaqların sosial mediada müəyyən maddi maraqlarla paylaşılmasının onların gələcəyi üçün yarada biləcəyi problemləri saymaqla bitirmək olmaz.

Valideynlərin bu məsuliyyəti dərk etməsi, uşağın hüquq və psixoloji sağlamlığını qorumaq üçün ciddi qaydalara əməl etməsi vacibdir. Hal-hazırda Azərbaycanda valideynlərin uşaqlarını sosial mediada kommersiya məqsədi ilə istifadə etməsinə dair xüsusi və tam tənzimləmə və cəza mexanizmləri yoxdur. Amma uşaqların hüquqlarını pozan, onları istismar edən hər hansı bir hərəkət mövcud qanunlar əsasında araşdırılır və məsuliyyətə cəlb edilir.

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1531   Tarix: 08 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların

15 avqust
.

ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar - SƏNƏDLƏR NƏ DEYİR?

Son dövrlərdə ölkədə səhiyyə sahəsində aparılan ciddi yoxlamalar və nəzarət tədbirləri şoka salan gerçəklikləri üzə çıxarmaqdadır. Xüsusilə estetik və plastik cərrahiyyə adı altında vətəndaşların sağlamlığını təhlükəyə atan şəxslərin əməlləri sərt şəkildə ifşa olunur. Səhiyyə Nazirliyinin rəsmi reyestrlər

14 avqust
.

Ev şəraitində belə saxlamaq lazımdır: Əks halda ÖLÜMƏ səbəb ola bilər

Yay aylarında yüksək temperatur, birbaşa günəş şüaları və rütubət dərmanların saxlanma şəraitinə xüsusi diqqət yetirilməsini zəruri edir. Dərman vasitələrinin əksəriyyətinin saxlanma temperaturu 15-25C, bəzi preparatlarda isə 15-30C aralığında müəyyən edilir və konkret tələblər məhsulun qablaşdırılmasınd

14 avqust
.

"Global Media Group"un əməkdaşı vəfat edib

"Global Media Group"un əməkdaşı Elvin Soldatov vəfat edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Qeyd edək ki, E.Soldatov "Global Management" MMC-nin sistem administratoru kimi fəaliyyət göstərirdi

14 avqust
.

Elektrik naqili qollarına dolandı - Cərəyan vurub öldürdü

Tərtər rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillər onun qoluna dolanı

15 avqust
.

Vətəndaşlar marketlərdə belə ALDANIR - AÇIQLAMA

Marketlərdə məhsulların rəflərdə yerləşdirilməsi, endirim kampaniyaları, böyük alış-veriş arabaları və kassaların yaxınlığında məhsulların təqdim edilməsi istehlakçı davranışına təsir edən geniş yayılmış marketinq üsullarıdır. Araşdırmalar da mağaza quruluşu, məhsul nümayişi və promosyonların impulsi

14 avqust
.

Naxçıvanın yeni inkişaf mərhələsi

Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf modelinin əsas istiqamətlərini bütöv şəkildə ortaya qoyan mühüm siyasi və strateji mesajlarla zəngindir. Müsahibədə səsləndirilə

13 avqust
.

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcu

14 avqust
.

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayevin adı Rusiyanın paytaxtı Moskvada qeydə alınan qətl və dələduzluq üzrə cinayət işində hallanır. -ın məlumatına görə, bu barədə cinayət işinin materiallarına əsaslanaraq TASS informasiya agentliyi xəbər yayıb. Qeyd olunan iş üzrə ümumilikdə səkkiz nəfə

15 avqust