Həmin tortla bağlı Hökumənin atasından - Açıqlama
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşkil edilən mərasimdə çəkilən foto müzakirələrə səbəb olub.
"Qafqazinfo" xəbər verir ki, sözügedən mərasimdə mərhum H.Əliyevanın anası Kəmalə Alıyevanın qarşısına üzərində qızının fotosu olan tort qoyulub.
Fotonun 8 avqustda H.Əliyevanın ev muzeyinin açılışı zamanı çəkildiyi bildirilir. Sözügedən görüntüləri tənqid edən sosial şəbəkə istifadəçiləri ananın əlinə bıçaq verib belə bir tortu kəsmək istənilməsini həm onun ruhuna, həm də ailəsinə hörmətsizlik kimi qiymətləndiriblər.
Sözügedən fotoda Kəmalə Alıyevanın yanında AZAL əməkdaşlarının dayanmağı tədbirin bu qurum tərəfindən təşkil edilməsi təəssüratını yaradıb. Amma AZAL-dan bildirilib ki, qurumun heyəti tədbirdə yalnız qonaq qismində iştirak edib.
Hökumə Əliyevanın atası Cəlil Əliyev də Ölkə.az-a açıqlamasında sözügedən tortu özlərinin sifariş etdiyini söyləyib.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-i Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1043 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Uşaqlı adam götürmürəm" deyən taksi sürücüsü CƏZALANDIRILDI
Uşaqlı sərnişini yolda düşürdən taksi sürücüsü cəzalandırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən -ə bildirilib ki, taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. "Sözügedə
14 avqustİnstaqram 10 il sonra loqosunu dəyişdi
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib. Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakteriz
14 avqustAzərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
Azərbaycanda cari ilin ilk altı ayı ərzində nikah bağlandıqdan sonra 18 kişi həyat yoldaşının soyadını qəbul edib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşını
15 avqust"Global Media Group"un əməkdaşı vəfat edib
"Global Media Group"un əməkdaşı Elvin Soldatov vəfat edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Qeyd edək ki, E.Soldatov "Global Management" MMC-nin sistem administratoru kimi fəaliyyət göstərirdi
14 avqustIV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı (SİYAHI)
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin IV ixtisas qrupunda dövlət sifarişi əsasında 3629 plan yeri ayrılıb. -ın Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, ən çox dövlət sifarişli yer tibb ixtisasına ayrılıb. Bu ixtisas üzr
14 avqustVətəndaşlar marketlərdə belə ALDANIR - AÇIQLAMA
Marketlərdə məhsulların rəflərdə yerləşdirilməsi, endirim kampaniyaları, böyük alış-veriş arabaları və kassaların yaxınlığında məhsulların təqdim edilməsi istehlakçı davranışına təsir edən geniş yayılmış marketinq üsullarıdır. Araşdırmalar da mağaza quruluşu, məhsul nümayişi və promosyonların impulsi
14 avqustSabah hava necə olacaq?
Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti olacaq
15 avqust