"Qarabağ"ın yeni simvolu: Həm əsəbiləşdirdi, həm diqqət mərkəzində oldu - AÇIQLAMA
Məlum olduğu kimi, "Qarabağ"- "Şkendiya" matçı zamanı "Kəhər" maskotunun davranışları müzakirələrə səbəb olub.
Sonxeber.az xəbər verir ki, hətta bir sıra davranışlarına görə, maskotun stadiondan qovulduğu bildirilirdi.
"Qarabağ" FK tərəfindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi deyildi.
Bu dəfə isə maskot ətrafındakı müzakirələr "idman polisi"nin yaradılması barədə fikirlərin ortaya atılmasına səbəb olub.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan "Futbolpress" saytının baş redaktoru Elçin Cəlilov idman polisinin yalnız futbolun inkişaf etdiyi ölkələrdə olduğunu deyib:
"Futbol baxımından inkişaf edən ölkələr" deyəndə onu nəzrədə tuturam ki, bu ölkələrdə futbol öz-özünü maliyyələşdirir, böyük bir maddi sənayedir. Məsələn, Almaniya, İtaliya, ortabab ölkələrdən Avstriya, Rumınya, Macarıstanda futbol meydançalarında stüartlar olur.
Azərbaycanda da belə olması üçün bu sahədə özəl şirkətlər yaranmalıdır ki, klublar da onlarla əməkdaşlıq etsin. Amma bunun üçün də zaman lazımdır. Bu, spesifik sahədir. O sahəyə aid mühafizəçilərin yetişdirilməsi üçün də bir zaman keçməlidir. Düşünürəm ki, bizdə bu sahəyə maraq göstərən şirkətlər olmayacaq. Olsaydı, lap yaxşı. Ölkəmizdə bunun perspektivini görmürəm. MDB ölkələrinin demək olar ki, hamısında polislər bu işə baxır".
E.Cəlilov maskotun hərəkətləri və stadiondan qovulması barədə məlumatlara da münasibət bildirib:
"Bütün dünya stadionlarında bu maskot məsələsi var. "Qarabağ"da istədi ki, beynəlxalq trendə uyğun hərəkət etsin. Burada təbii ki, klubun günahı yoxdur. Deyilənə görə, klubun əməkdaşlıq etdiyi, maskotu hərəkətə gətirən şəxsin müəyyən hərəkətləri ilə bağlı xoşagəlməz məqamlar olub. Ona görə də stadiondan qovulub. Amma təbii ki, klub bunu inkar edir. Orada müəyyən mübahisə yarandığını kadrlardan görmək olur, amma qovulduğunu görməmişəm. Hesab edirəm ki, maskot məsələsində təcrübəli şəxs varsa, onlar həmin adamlarla daimi əməkdaşlıq etməlidir. Çünki həmin şəxs kütlə ilə işləməyi, hansı reaksiyalarla qarşılaşacağını bilməlidir.
Düşünürəm ki, bu elə faciəvi bir məsələ deyil, onu əyləncəyə çevirmək olardı. Məncə, buna əks-reaksiya verən adamda da günah görmək olmaz.
Ümumiyyətlə, maskot məsələsini bu qədər müzakirə etməkləri bekarçılıqdandır".
Qeyd edək ki, "Kəhər" maskotu oyundan əvvəl hələ təqdimat zamanı da müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkələrdə bəziləri maskotu maraqlı ideya kimi qiymətləndirsə də, bir qisim daha güclü simvola ehtiyac olduğunu vurğulamışdı.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 5641 Tarix: 15 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabrFormula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17 sentyabrFrenki de Yonq qışda "Barselona"dan ayrıla bilər
Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə
10 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr"İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19 sentyabrAzərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü
18 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video
"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan
15 sentyabr