Ailə institutunun mövcud durumu: əsas problemlər

Ailə institutunun mövcud durumu: əsas problemlərBeynəlxalq statistika

Statistik rəqəmlər son onilliklər ərzində ailə institutunun qlobal səviyyədə dərin dəyişikliklərə məruz qaldığını göstərir. Müasir dövrün sosial, iqtisadi və mədəni çağırışları ənənəvi ailə modellərini zəiflədib. Evlənmə yaşının yüksəlməsi, nikahsız birgəyaşama hallarının artması, boşanmaların çoxalması müşahidə edilir. Bu tendensiyalar ailə institutunun yalnız forma etibarilə deyil, mahiyyət və funksional cəhətdən də dəyişdiyini göstərir.

Avropa İttifaqında aparılmış statistik araşdırmalara əsasən, son 10 ildə doğulanların təxminən 42%-i nikahsız münasibətlərdən törəyib. Bu, ailə anlayışının hüquqi nikaha əsaslanmadn davam etdiyini, lakin klassik dəyərlərdən uzaqlaşdığını göstərir. Hesabata əsasən, 2023-cü ildə Avropa İttifaqında təxminən 1,8 milyon nikah, 0,7 milyon boşanma qeydə alınıb. Bu, hər 1 000 nəfərə 4.0 nikah, 2.0 boşanma düşdüyünü göstərir. (https://ec.europa.eu/eurostat/statistics-explained/index.php?title=Marriage_and_divorce_statistics#Live_births_outside_marriage)

Çində isə vəziyyət daha kəskindir. Son 10 ildə evlənmə faizi 50%-dən çox azalıb. 2024-cü ilin göstəricilərinə əsasən, Çində cəmi 6.1 milyon nikah bağlanıb, boşanma halları isə təxminən 2,6–2,82 milyon civarındadır. Bu, əvvəlki ilə nisbətən 1,1 % artım deməkdir. Son 40 ilin ən aşağı nikah göstəricisidir. (https://edition.cnn.com/2025/02/10/china/china-marriage-registrations-record-low-2024-intl-hnk).

ABŞ-də də oxşar tendensiyalar müşahidə olunur. 2023-cü ilin statistikalarına əsasən, ABŞ-də 2 milyon  041 min evlilik, 672 min  502 boşanma qeydə alınıb. Bu da o deməkdir ki, evliliklərin təqribən 41%-i boşanma ilə nəticələnir. Nikah faizinin son 20 ildə sabit şəkildə azalması ailə institutunun dayanıqlılığına ciddi təsir göstərir. (https://www.cdc.gov/nchs/fastats/marriage-divorce.htm?utm).

Bu göstəricilər qlobal miqyasda ailə institutunun klassik modeldən uzaqlaşdığını, yeni və daha fərdi əsaslara söykənən modelə keçdiyini sübut edir. Bu keçid isə cəmiyyətlər üçün həm sosial, həm də demoqrafik baxımdan mühüm nəticələr doğurur.

Azərbaycanda statistik durum

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin ictimaiyyətə açıq hesabatında bildirilir ki, 2025-ci ilin mart ayına olan məlumata əsasən, ölkə əhalisinin sayı 5.777 nəfər və ya 0,1 faiz artaraq 10 230 666 nəfərə çatmışdır. Cari ilin yanvar-fevral aylarında isə 15.971 doğulan körpə qeydə alınıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisinin 10,2-dən 9,7-yə düşməsi deməkdir. Bu göstərici demoqrafik dinamikada müəyyən geriləmənin olduğunu göstərir.

Eyni dövrdə, yəni 2025-ci ilin ilk iki ayında 7.741 nikah, 3.414 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,0-dan 4,7-yə yüksəlib, boşanmalar isə sabit qalaraq 2,1 səviyyəsində qalıb. (https://stat.gov.az/special_version/news/index.php?id=6253) Bu göstəricilər nikah bağlama tendensiyasının müsbət dəyişikliklər göstərdiyini desə də, boşanma səviyyəsinin hələ də yüksək olduğunu və ailə davamlılığının zəif qaldığını göstərir.

Azərbaycanda ailə institutu ilə bağlı yeni çağırışlar

Ailə institutunun qarşılaşdığı problemlər sırasında ilk növbədə sosial şəbəkələrin rolu vurğulanır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov qeyd edir ki, sosial şəbəkələr ailə üzvlərinin bir-biri ilə ünsiyyətini azaldır və bu da ailədaxili konfliktlərin yaranmasına səbəb olur: "Ərlə arvad vaxtlarının çoxunu sosial şəbəkədə keçirirlər. Bu da ailə üzvlərinin bir-birinə kifayət qədər vaxt ayırmasına mane olur və nəticədə ailədaxili münaqişə üçün bünövrə yaradır " (https://teleqraf.az/news/toplum/387479.html).

İqtisadi və sosial faktorlar da ailə institutuna təsir edən əsas amillərdəndir. Yaşayış xərclərinin artması, ev almağın və ailə saxlamanın maddi baxımdan çətinləşməsi bir çox gənclərin nikahdan uzaqlaşmasına səbəb olur. Eyni zamanda qadınların təhsil və iş həyatında artan rolu ailədaxili rolların dəyişməsinə, bəzi hallarda isə uyğunsuzluqlara səbəb olur. BMT-nin Əhali Fondunun 2023-cü il hesabatında bildirilir ki, dünya üzrə gənclərin 48%-i ailə həyatı qurmaqdan daha çox fərdi inkişafı və karyeranı prioritet hesab edir (https://www.unfpa.org/sites/default/files/swop23/SWOP2023-ENGLISH-230329-web.pdf).

Məişət zorakılığı da ailə institutuna ən ciddi təhdidlərdən biridir. Psixoloji və fiziki zorakılıq halları artmaqda davam edir. Bu, yalnız ailə mühitində gərginliyi artırmır, həm də uşaqların travmatik böyüməsinə səbəb olur. Statistik göstəricilərə əsasən, məişət zorakılığına məruz qalan qadınların 70%-i rəsmi orqanlara müraciət etmir. Bu da problemin ciddiliyini artırır.

Yekun olaraq qeyd edək ki, ailə institutunun format və mahiyyəti həm ümumilikdə dünyada, həm də Azərbaycanda dəyişməkdədir. Statistik göstəricilər bu institutun tamamilə yox olmadığını ehtiva edir. Amma eyni zamanda, klassik formasının sarsıldığını və yeni bir ailə modelinə keçid mərhələsinin yaşandığını təsdiqləyir. Bu prosesin arxasında duran səbəblər – texnologiya, sosial media, iqtisadi qeyri-sabitlik, fərdi azadlıqların genişlənməsidir. Azərbaycan cəmiyyəti üçün bu dəyişiklikləri düzgün oxumaq və ailə institutunu müasir şəraitə uyğun gücləndirmək vacibdir. Bu məqsədlə ailə dəyərlərinin təbliği, maarifləndirmə proqramlarının gücləndirilməsi, sosial şəbəkələrin ailəyə təsiri ilə bağlı ictimai diskussiyaların təşkili və dövlət səviyyəsində ailənin dəstəklənməsi mühüm rol oynayır.

Mövcud problemlərə baxmayaraq, ailə hələ də cəmiyyətin dayağıdır. Onun qorunması, yeni dövrə adaptasiyası və dəstəklənməsi yalnız fərdlərin deyil, bütöv cəmiyyətin rifahı üçün zəruridir.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.

Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan "Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.
Ailə institutunun mövcud durumu: əsas problemlərAZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 609   Tarix: 19 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr