20 minə yaxın abituriyent tələbə ola bilməyəcək

20 minə yaxın abituriyent tələbə ola bilməyəcəkAli təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsi yekunlaşmaq üzrədir. Seçim hüququ əldə edən namizədlər gün ərzində ərizələrini sistem üzərindən təsdiqləyə bilərlər.

Qeyd edək ki, ixtisas seçimi bugün saat 23:59-da başa çatacaq. Artıq 81 mindən çox abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Ali təhsil müəssisələrinə qəbul üçün ümumilikdə 60 mindən plan yeri ayrılıb. Onlardan 28 mindən dövlət sifarişi əsasında təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.

İxtisas qrupları üzrə plan yerləri:

I qrup – 20 min 385 plan yeri, bunun 15 min 199-u dövlət sifarişi əsasında.
II qrup – 14 min 935 plan yeri, 4145-i dövlət sifarişi əsasında.
III qrup – 15 min 583 plan yeri, 4163-ü dövlət sifarişi əsasında.
IV qrup – 4732 plan yeri, bunun 3578-i dövlət sifarişi əsasında.
V qrup – 4704 plan yeri, 1602-si dövlət sifarişi əsasında.

Modern.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, bu il ixtisas seçimi prosesi əvvəlki illərlə müqayisədə daha gərgin şəraitdə keçir:

"Ötən illə müqayisədə plan yerləri artırılsa da, qeydiyyatdan keçənlərin sayı 80 mindən çoxdur. Bu isə o deməkdir ki, ilkin ehtimallara görə 20 minə yaxın abituriyent qəbul ola bilməyəcək. Lakin qeyd etmək lazımdır ki, bu rəqəm hələlik yalnız ərizələrini təsdiq edənlərin ümumi sayına əsaslanır. Bu gecə seçim prosesi başa çatdıqdan sonra ixtisas seçimi edənlərin dəqiq sayı məlum olacaq və yalnız ondan sonra real mənzərəni görmək mümkün olacaq".

Təhsil eksperti bildirib ki, qruplar üzrə vəziyyətə gəldikdə, birinci qrup ən çox plan yeri ayrılan qrupdur – 20 mindən çox yer nəzərdə tutulub.

"Bu səbəbdən düzgün seçim edən abituriyentlərin qəbul şansı yüksəkdir. İkinci qrupda da balans nisbətən qorunub, təxminən 15 min yer mövcuddur. Üçüncü qrupda isə hər zaman olduğu kimi vəziyyət gərgindir – müraciət edənlərin sayı plan yerlərini xeyli üstələyir və faktiki olaraq hər iki abituriyentdən biri kənarda qalacaq. Dördüncü qrup isə fərqli mənzərə yaradır: əsasən yüksək bal toplayan abituriyentlər arasında rəqabət daha kəskin keçir və bu səbəbdən hətta yüksək nəticə göstərənlər belə seçimlərində dəqiqlik etməsələr, qəbul şansını itirə bilərlər".

Ə.Həsənli əlavə edib ki, ballar üzrə proqnoza gəlincə, üçüncü qrupda vəziyyətin gərgin olması səbəbindən bir sıra ixtisaslarda, xüsusilə pedaqoji istiqamətlərdə və hüquqşünaslıq ixtisasında keçid ballarının yüksəlməsi gözlənilir:

"Dördüncü qrupda da oxşar vəziyyət müşahidə olunacaq, xüsusilə tibb ixtisaslarında balların artacağı ehtimal edilir. Birinci və ikinci qruplarda isə ümumən sabitlik qorunacaq və keçid ballarında ciddi dəyişiklik gözlənilmir".

Ekspert, həmçinin vurğulayıb ki, bu il qəbul prosesi həm rəqabətin kəskinliyi, həm də ixtisasların seçilməsində yaranacaq fərqliliklərlə yadda qalacaq:

"Tələbə adını qazanmaq üçün yalnız yüksək bal toplamaq kifayət deyil, ixtisas seçiminin düzgün edilməsi də həlledici rol oynayır. Yaxın iki gün ərzində nəticələrin açıqlanması ilə bu mənzərə tam aydınlaşacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1997   Tarix: 19 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr