Tom Kruz 63 yaşında ata olmaq istəyir - 600 milyon dollarlıq sərvət

Tom Kruz 63 yaşında ata olmaq istəyir - 600 milyon dollarlıq sərvətÖz qızına illər əvvəl arxa çevirmişdi… 60 yaşdan sonra atalıq yenə ağlına düşüb. Gənc sevgilisindən uşaq istəyir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, magazin dünyası uzun illərdir ürəyi boş qalan məşhur ulduzun yeni sevgisi ilə çalxalanır. Əvvəllər yalnız iş üçün bir araya gəldikləri deyilən iki məşhur aktyor artıq münasibətlərini gizlətmir.

Son bir neçə aydır davamlı birlikdə görüntülənən Hollivudun aksiyon ulduzu Tom Kruz ilə gözəl aktrisa Ana de Armasın eşq yaşadığı üzə çıxmışdı.

Artıq ABŞ-dan çox İngiltərənin Londonda vaxt keçirən Tom Kruz, Ana de Armas-ı hər yerə şəxsi helikopteri ilə aparır. İkili tez-tez parklarda gəzintidə və ya uzun söhbətlərdə görüntülənir. Əvvəllər onların yalnız iş münasibəti olduğu deyilsə də, bir neçə həftə əvvəl xüsusi yaxtada baş-başa günəşlənərkən, son olaraq isə Ana de Armas-ın evinin yaxınlığında əl-ələ tutaraq yaxalanmışdılar.

Getdikcə alovlanan bu eşqin artıq ciddi olduğu və Tom Kruzun uzun illərdir axtardığı münasibəti tapdığı iddia edilir. 63 yaşlı Kruz və 37 yaşlı Ana de Armas cəmi səkkiz aydır bir yerdədirlər, amma dostlarının dediyinə görə, cütlük İngiltərə kəndlərində "saray kimi" malikanə axtarır və evlilik, övlad sahibi olmaq barədə danışır.

Ana de Armas çox əvvəl böyük şəhərin qarışıqlığından qaçaraq Vermonta köçmüşdü. Təbiətlə iç-içə yaşamağı sevən aktrisa eyni üslubda bir həyat istədiyi üçün Tom Kruz da sevgilisinin ürəyincə bir ev tapmaq axtarışına girib. Cütlük yeni evləri üçün həm məkan, həm də mebel axtarmağa artıq başlayıb.

Tom Kruzun yenidən ata olmaq istədiyini hər fürsətdə dilə gətirdiyi, Ana de Armas-a bu qədər tez bağlanmasının səbəbinin də bu arzunu tezliklə həyata keçirmək istəyi olduğu deyilir. Hətta məşhur aktyor növbəti doğum gününə qədər, yəni 64 yaşına çatmadan bir daha atalıq sevinci yaşamaq istəyir. Ana de Armasın da uşaq fikrinə müsbət yanaşdığı bildirilir. Məşhur aktrisa daha əvvəl qısa, amma çox danışılan bir münasibəti Ben Affleck-lə yaşamış, şayiələrə görə bu münasibət onun uşaq istəyi səbəbindən bitmişdi.

Təxmin edilən sərvəti 600 milyon dollar olan Kruz, 2015-ci ildə Sussexdəki "Rede Place" malikanəsini satandan sonra Londondakı Hyde Parkda çatı mənzili ilə Floridadakı Clearwater-da lüks bir mənzil arasında yaşamını sürdürürdü. İndi isə evlənib ailə qurmaq istədiyi üçün daha böyük, malikanə tipli bir ev axtardığı bildirilir.

Azadlığına çox bağlı olduğu deyilən və əslində evlilik barədə düşünməyən Ana de Armas da bu münasibətdə özünü xoşbəxt, rahat və güvəndə hiss edir və ailə qurmaq fikrinə isti yanaşır.

Tom Kruzun Nicole Kidman ilə evliliyindən övladlığa götürülmüş iki övladı var: Connor (30) və Bella (32). Onlarla əlaqə saxlayan aktyor, 2012-ci ildə boşandığı Katie Holmes-dan dünyaya gələn 19 yaşlı bioloji qızı Suri ilə isə illərdir nə görüşüb, nə də maraqlanıb.

Hətta bu davranışı onu öz sadiq pərəstişkarlarının belə tənqidlərinə tuş gətirib.
Tom Kruz illər ərzində Sientologiya Kilsəsinin ən nüfuzlu üzvlərindən birinə çevrilib. Onun qızı ilə görüşməməsinin səbəbi də məhz bu təriqətə bağlanması ilə izah olunur.

Kruz keçmiş həyat yoldaşı Katie Holmes-u və təbii ki, qızı Suri-ni də bu təriqətə daxil etmək istəyib, amma Holmes buna sərt şəkildə qarşı çıxınca aktyor qızına arxa çevirib və onu həyatından silib.

Məşhur aktyora yaxın mənbələr onun bir övlad daha istəməsinin səbəbini belə izah edirlər:
"Tom, Suri-dən illərdir uzaq qaldığı üçün çox kədərlidir və Ana ilə bir ailə qurmaq, ata olmaq istəyini keçmişdə yaşadığı pis karmaları düzəltməyin bir yolu kimi görür."


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 987   Tarix: 21 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO

Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser

4 sentyabr
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

18 sentyabr
.

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini

4 sentyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

Kamil Zeynallının BAŞINA İŞ GƏLDİ: Onun üçün dua etdi - VİDEO

Fitnes məşqçisi Kamil Zeynallı istirahət üçün Tailand səfərinə çıxıb. xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə çəkdirdiyi maraqlı görüntüləri paylaşıb. Görüntülərdə rahib əvvəlcə idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua edir. Daha sonra isə əlindəki nazik, süpürgəyə bənzə

5 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr