Kəlbəcərdə Böyük Qayıdış: dövlətin təmin etdiyi yeni həyat
"Prezident İlham Əliyevin 21 avqust 2025-ci il tarixli Kəlbəcər səfəri Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyini göstərən əyani nümunədir. İllərlə yurd həsrəti ilə yaşayan kəlbəcərlilər bu gün müasir evlərdə, rahat şəraitdə yeni həyata qədəm qoyurlar".
Bunu Sonxeber.az-a danışan deputat Şahin Seyidzadə bildirib.
Deputat qeyd edib ki,Prezident İlham Əliyevin sözləri hər bir sakin üçün ümid və inamın təcəssümü oldu: "Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik". Doğrudan da, dövlətin yürütdüyü məqsədyönlü siyasət nəticəsində işğal dövründə viran qoyulmuş şəhər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir:
"Kəlbəcərdə salınan yeni yaşayış kompleksləri, təməli qoyulan binalar və infrastruktur layihələri insanların təhlükəsiz və rahat həyatını təmin edir. Təkcə birinci mərhələdə 10 mindən çox insan üçün mənzillərin tikilməsi Böyük Qayıdışın miqyasını göstərir. Məktəblərin, yolların, enerji infrastrukturunun yaradılması, təmizləmə işlərinin aparılması dövlətin bu bölgəyə verdiyi diqqətin bariz nümunəsidir. Kəlbəcərin gələcək inkişafında iqtisadi amil də mühüm rol oynayacaq. Prezident İlham Əliyevin açılışını etdiyi kiçik su elektrik stansiyaları bölgənin enerji təminatına mühüm töhfə verir. Eyni zamanda, arıçılıq və kənd təsərrüfatı sahəsinin inkişafı Kəlbəcərin qədim ənənələrinin bərpasını təmin edir.
Bu gün açılan "Balland-Kəlbəcər" mağazası təkcə yerli bazar üçün deyil, həm də ixrac potensialı baxımından mühüm imkanlar açır. Prezident İlham Əliyevin çıxışında bir daha qeyd olundu ki, Azərbaycan xalqı heç vaxt haqqından imtina etməyib və uzun illər səbrlə, əzmlə bu günə hazırlaşıb. Güclü ordu, güclü iqtisadiyyat və siyasi iradə nəticəsində Kəlbəcər öz sahiblərinə qaytarıldı. Böyük Qayıdış Proqramı yalnız fiziki qayıdışı deyil, həm də mənəvi qayıdışı təmin edir. Bu gün kəlbəcərlilər öz doğma torpaqlarında yenidən dirçəlir, gələcəyə inamla addımlayır. Prezident İlham Əliyevin dediyi kimi, bu, Azərbaycanın bir yumruq kimi birləşməsinin və ədaləti bərpa etməsinin nəticəsidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 382 Tarix: 22 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava kəskin dəyişəcək, yağıntı intensivləşəcək
Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarınd
7 may"MSDIS Holding"də böhran: Vergi borcu 20 milyon manata çatır
Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır. Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunu
7 maySumqayıtda yataqxana binasında yanğın - Sakinlər təxliyə olundu + Video
Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayı
7 mayRasim Balayevin ölümündən 40 gün ötür
Bu gün mərhum sənətçi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin 40 mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, mərasim Heydər Məscidində baş tutub. Qeyd edək ki, Rasim Balayev martın 29-da 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhu
7 mayAparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH
Azərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir. Xüsusilə bəzi aparıcıları
8 mayMəsud Pezeşkian Müctəba Xamenei ilə görüşüb
İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda ölkənin Ali Rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü bildirib. xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb. "Pezeşkian görüşün rahat atmosferdə keçdiyini və müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib"
7 mayNazir bu instituta direktor təyin etdi
Dosent Nazilə Salmanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb
8 may