İçərişəhər sakinləri parkinqdən şikayətçidir - Rəsmi açıqlama

İçərişəhər sakinləri parkinqdən şikayətçidir - Rəsmi açıqlamaİçərişəhər ərazisində yaşayan bir qrup sakin oradakı parkinq problemindən şikayətçidir.

Bu barədə "Qafqazinfo"ya Əməkdar artist Mübariz Həmidov müraciət edib. Sumqayıt Dövlət Dram Teatrnın keçmiş direktoru olan sənətçi bildirib ki, İçərişəhərin giriş hissəsi - Vəli Məmmədov küçəsi bina 22 və Neftçilər prospekti 5 B-də avtomobillərini park edə bilmirlər.

Onunla yanaşı adıçəkilən ünvanda yaşayan digər sakinlər də bu vəziyyətdən narahatdır. Sakinlər deyir ki, həmin ərazidə əvvəllər 10-15 maşının parkinqinə icazə verilirdisə, indi bu say 4-5-ə düşüb: "Hamımız bu vəziyyədən narazıyıq. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri dəyişəndən sonra bu halla üzləşdik. Həmin ərazidə yol nişanlanıb, yalnız 4-5 nəfər maşın saxlaya bilir. Onlar da restoranlara gələn müştərilərin və şirkət işçilərinindir".

Həmçinin qeyd olunub ki, sakinlər avtomobili park etmək istədikdə cərimələnir: "Əməl etməyən vətəndaşlar 2 bal 80 AZN cərimələnir. Qoruq İdarəsi sakinləri nəzərə almadan, İçərişəhərə girişi pullu etməklə, binada yaşayanlar üçün dözülməz vəziyyət yaradır".

İçərişəhər sakinləri parkinqdən şikayətçidir - Rəsmi açıqlamaMəsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "İçərişəhər ərazisində müşahidə olunan əsas problemlərdən biri bəzi sürücülərin nəqliyyat vasitələrini ikinci və digər sıralarda, həmçinin dayanmanın qadağan olunduğu yerlərdə, yol ayrıclarında saxlamaqla, birtərəfli yollarda hərəkət istiqamətinin əksinə hərəkət etməklə nəqliyyatın və piyadaların hərəkətinə maneə yaradılması ilə bağlıdır. Bu cür qayda pozuntuları ərazidə nəqliyyatın hərəkətini çətinləşdirir, piyadaların təhlükəsizliyinə və tarixi məkanda gündəlik hərəkət rahatlığına mənfi təsir göstərir.

Sürücülərə dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də, həmin hallar təəssüf ki, davam edir. Mövcud vəziyyətin aradan qaldırılması məqsədilə DYP tərəfindən müvafiq tədbirlər həyata keçirilərək ərazidə nəzarət tədbirləri gücləndirilib, qaydaları pozan nəqliyyat vasitələri barəsində inzibati tədbirlər görülüb".

Qurumun açıqlamasında bildirilib ki, görülən bu tədbirlərin əsas məqsədi İçərişəhərdə nəqliyyatın təhlükəsizliyini təmin etmək, və oxşar halların təkrar baş verməsinin qarşısını almaq, habelə həm piyadaların, həm də sürücülərin rahat hərəkətini qorumaqdır: "Sürücüləri bir daha qaydalara əməl etməyə və tarixi məkanın mühafizəsinə töhfə verməyə çağırırıq".

Qeyd edək ki, cari ilin fevralında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Rüfət Mahmud sədr təyin edilib.
İçərişəhər sakinləri parkinqdən şikayətçidir - Rəsmi açıqlama


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 641   Tarix: 23 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr