Ailədaxili mübahisə faciəyə çevrildi: oğul anasını və atasını xəstəxanalıq etdi
Hadisə ötən gecə Türkiyədə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Hatayda ötən gecə Antakya–Yayladağı avtomobil yolunda şəhər istiqamətində hərəkət edən A.G. ilə avtomobildə olan anası B.G. və atası H.G. arasında naməlum səbəbdən mübahisə düşüb.
Psixoloji problemləri olduğu iddia edilən A.G., valideynlərini döydükdən sonra avtomobildən düşürüb. Hadisə barədə məlumat alan polis və təcili yardım əməkdaşları dərhal əraziyə cəlb olunub. Yaralanan B.G. və H.G.-yə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya yerləşdirilib.
Şübhəlinin idarə etdiyi avtomobili izləyən polis əməkdaşları Defne rayonundakı yoxlama məntəqəsində ona "dayan" əmri verib. Lakin A.G. əmri qulaqardına vuraraq qaçıb və idarə etdiyi avtomobillə 5 nəqliyyat vasitəsinə çırpılaraq zərər yetirib. Bundan sonra avtomobili dayandıran A.G. maşından düşüb qaçmağa cəhd edib.
Qaçarkən yoldan keçən digər avtomobili saxlayan şübhəli sürücü S.G.-ni girov götürüb. Lakin bir müddət sonra onu mühasirəyə alan polis əməkdaşları tərəfindən saxlanılıb və istintaq aparılması üçün polis şöbəsinə aparılıb.
Hadisə zamanı S.G.-nin xəsarət almadığı, xəstəxanada müalicəsi davam edən B.G. və H.G.-nin vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 999 Tarix: 01 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabr