Kimlər tələbə təhsil kreditindən istifadə edə biləcək? - AÇIQLAMA

Kimlər tələbə təhsil kreditindən istifadə edə biləcək? - AÇIQLAMAYeni tədris ili ərəfəsində gündəmdə olan əsas məsələlərdən biri də tələbələrin təhsil haqqını ödəmək imkanları və bu istiqamətdə tətbiq olunan Təhsil Tələbə Kreditləridir. Bu mexanizm ilk baxışdan tələbələrin ali təhsilə çıxışını asanlaşdırmaq üçün yaradılmış bir dəstək vasitəsi kimi təqdim olunsa da, onun real tətbiqi, əhatə dairəsi və effektivliyi ilə bağlı ciddi mübahisələr var. Bəs görəsən kimlər tələbə təhsil kreditindən istifadə edə biləcək?

Bu barədə təhsil eksperti Kamran Əsədov Sonxeber.az -a açıqlama verib:

"Azərbaycan Respublikasının "Təhsil haqqında Qanunu"nun 14-cü maddəsində dövlətin vəzifələrindən biri təhsilalanların sosial müdafiəsini təmin etmək kimi göstərilir, amma mövcud reallıq bu öhdəliyin yalnız qismən yerinə yetirildiyini ortaya qoyur. Statistika göstərir ki, ölkədə hər il 50 mindən çox tələbə ödənişli əsaslarla ali , orta ixtisas və peşə məktəblərinə qəbul olur. Onların hamısı kredit almaq imkanına malik deyil, çünki mexanizmin şərtləri çox dar çərçivədə müəyyənləşdirilib.

Sosial Təhsil Tələbə Kreditləri nəzəri olaraq daha çox həssas qrupları əhatə etməlidir. Buraya ünvanlı sosial yardım alan ailələrin üzvləri, valideynlərini itirmiş və ya əlilliyi olan şəxslər, ailəsində əlillik və ya işsizlik olan tələbələr daxildir. Lakin real rəqəmlər göstərir ki, bu kateqoriyalara aid olan tələbələrin böyük hissəsi kreditdən xəbərsizdir və marifləndirmə işləri zəif aparılır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə geniş maarifləndirici kampaniyalar keçirməli olduğu halda, informasiya çox vaxt yalnız rəsmi saytlarla məhdudlaşır. Bu isə regionlarda yaşayan, sosial imkanları məhdud gənclərin kreditlərdən xəbərsiz qalmasına gətirib çıxarır.

Standart Təhsil Tələbə Kreditləri isə sosial qrupa aid olmayan tələbələr üçündür. Amma burada da məhdudiyyətlər çoxdur. Tələbədən ya ali məktəbə qəbul imtahanında minimum bal, ya da universitetdə yüksək ortalama göstərici tələb olunur. Məsələn, birinci kurs tələbəsi olmaq üçün qəbul balı 250-dən yuxarı olmalıdır, növbəti illərdə isə orta müvəffəqiyyət göstəricisi ən azı 71 bal olmalıdır. Bu şərtlər əslində zəif təhsil alan tələbəni dəstəkləmək məqsədini arxa plana keçirir və daha çox uğurlu tələbələrin maliyyələşməsinə xidmət edir. Halbuki təhsil hüququ yalnız yüksək nəticə göstərənlərin deyil, bütün gənclərin bərabər hüququ olmalıdır.

Mənfi tərəflərdən biri də odur ki, kreditlərin verilməsi yalnız təhsil haqqının müəyyən hissəsini əhatə edir. Bir çox hallarda tələbələrdən illik ödənişin 20 faizini əvvəlcədən ödəmək tələb olunur. Bu isə sosial durumu zəif olan ailələr üçün böyük yükdür. Üstəlik, kreditlər çox vaxt universitetin hesabına köçürülür, tələbənin özünün gündəlik xərcləri, kitab, yataqxana və digər ehtiyacları üçün nəzərdə tutulmur. Nəticədə tələbə yalnız təhsil haqqı ilə bağlı müəyyən dəstək alır, lakin ümumi təhsil xərclərini qarşılamaqda yenə də çətinlik çəkir.

Müsbət tərəf kimi qeyd etmək olar ki, Təhsil Tələbə Kreditləri girov və zamin tələb etmir. Bu, tələbələr üçün ciddi üstünlükdür. Həmçinin kreditlərin geri qaytarılması yalnız təhsil başa çatandan iki il sonra başlanır və 20 ilə qədər müddətə yayılır. Bu, gənclərə müəyyən güzəşt dövrü qazandırır və işə düzəlib maliyyə sabitliyi əldə etdikdən sonra ödəniş etməyə imkan verir. Bu baxımdan mexanizmin sosial yönümlü elementi var, amma hələ də təhsildə real bərabərliyi təmin etmir.

Dünya təcrübəsi ilə müqayisə apardıqda isə vəziyyət daha aydın görünür. Məsələn, ABŞ-da tələbə kreditləri geniş yayılıb, lakin orada faiz dərəcələrinin yüksəkliyi tələbələrin onilliklərlə borc altında qalmasına səbəb olur. Skandinaviya ölkələrində isə tələbə kreditləri yalnız təhsil haqqını deyil, həm də yaşayış xərclərini əhatə edir və çox aşağı faizlə verilir. Estoniyada tələbələr həm dövlət təqaüdləri, həm də uzunmüddətli faizsiz kreditlərlə dəstəklənir. Azərbaycanda tətbiq edilən model isə hər iki yanaşmadan fərqli olaraq çox məhduddur: bir tərəfdən sosial qruplar tam əhatə olunmur, digər tərəfdən dəstək yalnız təhsil haqqı ilə məhdudlaşır.

Əgər bu yanaşma dəyişməsə, yeni tədris ilində minlərlə tələbə ödənişli əsaslarla ali təhsil almaq imkanı qazansa da, maliyyə çətinlikləri səbəbindən təhsilini dayandırmaq məcburiyyətində qala bilər. Bu, "Təhsil haqqında Qanun"da təsbit olunmuş "təhsil bərabərliyi" prinsipinə ziddir. Nə dəyişməlidir sualının cavabı isə aydındır: kredit mexanizmi daha geniş əhatəli olmalı, tələbələrin yalnız uğurlu nəticə göstərənləri deyil, real ehtiyacı olan bütün təbəqələri nəzərə almalıdır. Kreditlərin təkcə təhsil haqqı deyil, yaşayış xərclərini də qarşılamaq imkanı olmalı, müraciət prosesi sadələşdirilməli, regionlarda geniş maarifləndirmə işi aparılmalıdır.

Elm və Təhsil Nazirliyi bu sahədə yetərli iş görmür. Planlı strategiya yoxdur, proqnozlar açıqlanmır, tələbələrin və valideynlərin maarifləndirilməsi üçün geniş informasiya siyasəti aparılmır. Kredit fondu yaradılıb, amma onun fəaliyyəti çox zaman yalnız rəqəmlərlə ifadə olunur, təsir mexanizmi barədə ictimaiyyətə hesabat verilmir. Nazirlik real olaraq təhsil bərabərliyini təmin edəcək geniş sosial paket hazırlamadıqca, Təhsil Tələbə Kreditləri yalnız məhdud bir qrupun imtiyazına çevriləcək, minlərlə tələbə isə maliyyə çətinlikləri ucbatından təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üz-üzə qalacaq. Bu isə ölkənin insan kapitalına vurulan ən böyük zərbədir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 606   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr