İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə çıxış edib

İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə çıxış edibÇinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Çin Xalq Respublikasının Sədri Si Cinpin.

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar.

İlk növbədə, ŞƏT Sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə səmimi minnətdarlığımı bildirirəm.

Dost Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edir, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıram.

Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.

Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq.

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir.

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.

Azərbaycan Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq.

Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi, təxminən, 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.

Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Sonda hörmətli Sədr Si Cinpinə dəvətə görə bir daha təşəkkürümü bildirir, Sammit iştirakçılarına səmərəli iş arzulayıram.

Qeyd edək ki, "ŞƏT plyus" formatında keçirilən görüşə 20-dən ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub.

Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.

ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.

15:42

Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

14:11

Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə çıxış edibİlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə çıxış edibİlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə çıxış edibİlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə çıxış edibİlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə çıxış edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 698   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Heydər Əliyev" ordeninin Mirziyoyevə verilməsi Özbəkistanla münasibətlərə uzunmüddətli perspektivdən baxdıldığını göstərir

Azərbaycan Prezidentinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi "Heydər Əliyev" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin və Mirziyoyevin bu əlaqələrin inkişafındakı rolunun siyasi qiymətləndirilməsi kimi dəyərləndirilə bilər. Sərəncamda təltifin məhz Azərbaycan-Özbəkista

24 avqust
.

Zelenski İlham Əliyevə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müstəqilliyinin 35-ci ildönümü ilə bağlı təbrikə görə Azərbaycan dövlət başçısı İlham Əliyevə təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, V.Zelenski bu barədə "X" hesabında paylaşım edib. "Cənab Prezident, Ukraynanın müstəqilliyini

25 avqust
.

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə "Oxunguzar" incəsənət məkanında olublar. AZƏRTAC-a istinadla xəbə

23 avqust
.

"Azərbaycan-Özbəkistan münasibətlərinin ən yüksək müttəfiqlik səviyyəsinə çatması xüsusi diqqət çəkir" - AÇIQLAMA

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə - UzA-ya müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı mərhələsi və gələcək perspektivləri baxımından kifayət qədər mühüm siyasi mesajlar ehtiva edir. Müsahibədə diqqət çəkən əsas məqam odur ki, Azərbaycanla Özbəkista

25 avqust
.

Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ

Azərbaycan və Özbəkistan münasibətlərində 23 avqust 2026-cı il yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşə bilər. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən təkbətək görüş və Azərbayca

24 avqust
.

Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar. AZƏRTAC-a istinadla xəbər verir ki, parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrin

23 avqust
.

İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncaml

25 avqust
.

Qardaşlıqdan müttəfiqliyə uzanan yol!

Özbəkistan Respublikasına səfəri ərəfəsində Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibə verib. İki qardaş ölkə arasında münasibətlərin bugünkü mənzərəsini, əldə olunan mühüm nəticələri və qarşıda duran geniş perspektivləri əhatə edən əhəmiyyətli siyasi mesajlarla zəngindir

24 avqust
.

"Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - AÇIQLAMA

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında bütün sahələri əhatə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qədim tarixə və qardaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlə

24 avqust