Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr olduArtıq bir müddətdir ki, tələbə adını qazanan abituriyentlər bu uğurlarına görə sevinc içindədirlər. Onların arasında öz şirin canlarını vətən uğrunda vəda edən şəhidlərimizin əmanət övladları da var.

Şəhid müəllim Əvdil Quluyevin iki övladı da tələbə adını qazananlar arasındadırlar.

Ülvü Quluzadə bu il Beyləqan rayon Ə.Məmmədov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbindən məzun olub. O, bu il ali təhsil müəssisəsinə daxil olub:

"İxtisasım "Beynəlxalq münasibətlər"dir. Bu sahə mənə maraqlı gəldi. Özümü bu istiqamətdə inkişaf etdirəcəyimə və gələcəkdə faydalı işlər görə biləcəyimə inanıram. Bacımla birlikdə eyni vaxtda uğur qazanmaq bizim üçün xüsusi bir hissdir. Ailəmizə ikiqat sevinc bəxş etdik və bu bizi daha çox çalışmağa həvəsləndirir".

Ülvü bacısı ilə bu uğurlarını şəhid atasının ruhuna həsr etdiklərini qeyd edir və həmçinin abituriyentlərə də öz tövsiyələrini bildirir:

"Əminəm ki, atam bu gün mənim və bacımın uğurlarını görsəydi, çox fəxr edərdi. Onun xatirəsi bizə güc verir, uğurlarımızı onun ruhuna həsr edirik. Məktəb illərində dərslərimdə yaxşı nəticələrim olub. Müəllimlərimin etimadını qazanmaq və onların ümidini doğrultmaq mənim üçün elə ən böyük uğurdur.

Abituriyentlərə tövsiyəm budur ki, heç vaxt yorulmasınlar. Hər çətinliyin arxasında mütləq bir uğur var. Özlərinə inansınlar və hər gün bir addım irəli atsınlar. Mən düşünürəm ki, həyatımızda ən böyük güc elm və təhsildir. Gənclərə tövsiyəm budur ki, vaxtlarını boş yerə sərf etməsinlər, gələcəkləri üçün çalışsınlar".

Şəhidimizin daha bir əmanəti Nərmin Quluzadə bu il magistr adını qazanıb. O, mühasibatlıq üzrə magistr təhsili alacaq: "Seçdiyim sahə həm elmi, həm də praktiki baxımdan inkişaf üçün geniş imkanlar yaradır. Qardaşımın da bu il ali məktəbə qəbul olması ailəmiz üçün böyük sevinc oldu", - deyə əlavə edir.

Nərmin də qardaşı kimi bildirir ki, atası bu gün həyatda olsaydı, bu uğurları ilə çox qürurlanardı. Onun xatirəsini daim yaşatmaq və layiqli övlad olmaq onların ən böyük məqsədlərindən biridir.

Xatırladaq ki, Vətən müharibəsinin şəhid müəllimi Əvdil Quliyev 1972-ci il iyulun 31-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub və burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 2018-ci ildən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi ilə məşğul olub. 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. O, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Əvdil Quliyev noyabrın 7-də Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə" medallar və "Vətənə xidmətə görə" 3-cü dərəcəli orden ilə təltif edilib. (Mənbə: Azərbaycan müəllimi qəzeti)
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1272   Tarix: 02 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr