16 yaşlı qız avtomobildə silahla vurulmuş halda ölü tapıldı
Mersinin Toroslar rayonunda dəhşətli hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 16 yaşlı Hiranur Nilgün Aygar park halında olan avtomobilin içində odlu silahla vurularaq həyatını itirib. Hadisə ilə bağlı üç nəfər saxlanılıb.
Məlumata görə, Akbelen məhəlləsində park edilmiş avtomobilin içində gənc qızın silahla vurulduğu barədə polisə və təcili yardıma xəbər daxil olub. Hadisə yerinə çatan həkimlər Hiranur Nilgün Aygarın artıq dünyasını dəyişdiyini təsdiqləyiblər.
Mersin Respublika Prokurorluğu tərəfindən başlanılan istintaq çərçivəsində hadisə zamanı avtomobildə olan Arda Ş. (19), N.Ç. (20) və M.Z. (28) saxlanılıb. Arda Ş. ilkin ifadəsində Aygarın əlindəki silahı göstərərkən təsadüfən atəş aldığını iddia edib.
Lakin o, sonrakı ifadəsində silahı boş zənn edərək zarafatla qızın alnına dayadığını və tətiyə basdığını etiraf edib. Şübhəli, hadisədən sonra qızı dərhal xəstəxanaya aparmadıqlarını, əvvəlcə Yenişəhər rayonunda Müftü Deresi yaxınlığında bir yerə qoyduqlarını bildirib. Polis həmin ərazidə qan izləri aşkarlayıb.
Aygarın meyiti aparılan məhkəmə-tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib və Güneykent qəbiristanlığında göz yaşları içində dəfn olunub.
Hadisə ilə bağlı istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 746 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabr