Sumqayıtda 2 dəvəquşu və 13 tutuquşu xilas edildi - Video
Ötən gün IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə Sumqayıtda yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən "Turan" restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.
"Qafqazinfo" xəbər verir ki, monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisində qanunsuz olaraq 2 dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığı aşkarlanıb.
Həmin heyvanlar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülüb. Hazırda klinik şəraitdə müayinə və reabilitasiya işləri aparılır.
Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlar mövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb.
Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə "Urban Ecology" (Şəhər ekologiyası) layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.
Vətəndaşlardan vəhşi heyvanların qanunsuz olaraq saxlanması halları ilə rastlaşdıqda IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 607 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu il "Son zəng" FƏRQLİ TARİXDƏ KEÇİRİLƏCƏK
Azərbaycanda bu il "Son zəng" tədbiri 14 iyunda deyil, 12 iyunda keçiriləcək. bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb. Məlumata görə, tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyun tarixinin qeyri-iş günü olmasıdır
22 martÖlən şəxsin pensiyası ilə bağlı təklif
"Dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə ödənilməsinin tərəfdarıyıq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, həm pensiya kapitalının toplanması, daha səmərəli istifadə edilməsi, həm də vətəndaşlarımızı
22 martTəzəpir məscidində bayram namazı qılındı (FOTO)
Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb. "Report" xəbər verir ki, bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb. Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət
20 martYaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?
"Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər". xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində bildirilib. Qeyd olunub ki, b
19 martSabah hava necə olacaq?
Martın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəi
20 martŞuşada da bayram namazı qılındı - Fotolar
Şuşanın Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb. "Qafqazinfo" xəbər verir ki, namazda yerli sakinlər və qonaqlar iştirak edib. Tədbir zamanı dini mərasimlər keçirilib və bayram əhval-ruhiyyəsi ilə dolu anlar yaşanıb. Qeyd edək ki, bayram namazında iştirak edənlər birlik, həmrəyli
20 martAğdam Cümə Məscidində bayram namazı qılındı
Ağdam Cümə Məscidində bayram namazı qılınıb. "Qafqazinfo" xəbər verir ki, uzun illər işğal dövründə ciddi zərər görmüş məsciddə bu cür dini mərasimlərin yenidən keçirilməsi bölgədə həyatın bərpasının mühüm göstəricisi kimi qiymətləndirilir. Bayram namazında iştirak edənlər birlik, həmrəyli
20 martQMİ sədri: "Raketlər sussun, qələmlər danışsın"
Allahşükür Paşazadə Yaxın Şərqdə və regionda baş verən gərginliyə münasibət bildirib. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlama verib. O bildirib ki, duaları tərəflərin razılığa gəlməsi yönündədir:. "Raketlər
20 mart