Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)

Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)İllər əvvəl aktyor kimi işə götürüldüyü mədəniyyət müəssisəndə indi fəhlə kimi çalışır. Özü də nə az, nə çox, 272 manat məvaciblə. Təkcə işlədiyi müəssisədə deyil, onun digər binalarına da fəhlə kimi göndərilir.

Bu iddiaları Bakı Dövlət Sirkində yardımçı fəhlə vəzifəsində çalışan Emin Süleymanov səsləndirib.

Emin Süleymanov iddia edir ki, müəssisə rəhbərliyi iki əvvəl onu vəzifəsindən azad edib. Elə Eminlə işlədiyi müəssisə arasındakı problemlər də bundan sonra başlayıb.

Emin Süleymanovun iddiasına görə o, müqavilədə göstəriləndən artıq işlədilir. İşləmək istəməyən əməkdaşları da müəssisə rəhbərliyi təhdid edir.

Xəzər TV məsələ ilə bağlı Bakı Dövlət Sirkinə müraciət edib. Sirkin direktor əvəzi Nahid Ağayev bildirib ki, Emin Süleymanovla bağlanmış əmək müqaviləsinin müddəti bitib və peşə ixtisası aktyorluğa uyğun olmadığı üçün müqavilə yenilənməyib. Emin Süleymanov yenidən iş üçün müraciət edib və o, yardımçı fəhlə kimi işə götürülüb. Sirkin hazırkı inzibati binasında proqramların nümayişi müvəqqəti olaraq dayandırılıb. Təmir-yenidənqurma dövründə ölkə tamaşaçılarına sirk proqramlarının nümayişi üçün yeni ünvan müəyyən edilib. Orada hazırda yüngül konstruksiyalı sirkin quraşdırılması prosesi gedir. Əməkhaqqı məbləği hazırda sirkin fəaliyyətinin müvəqqəti dayandırılması səbəbindən əmək qanunvericiliyinə müvafiq üçdə iki nisbətində ödənilir. Fəaliyyət yeni ünvanda bərpa olunan kimi əməkhaqqı məbləği ştat cədvəli səviyyəsində olacaq. Bakı Dövlət Sirkinin inzibati binasında əməkdaşlar hazırda heç bir iş görmürlər. Bütün texniki heyət yeni ünvanda işlərə cəlb olunub./QAYNARİNFO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 827   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Alim Qasımovdan əl çəkin!

Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir

21 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr