"Cəmiyyətin inkişafında gender bərabərliyi və ailə institutunun möhkəmlənməsi mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT

"Cəmiyyətin inkişafında gender bərabərliyi və ailə institutunun möhkəmlənməsi mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT"Cəmiyyətin inkişafında gender bərabərliyi, ailə institutunun möhkəmlənməsi və demoqrafik proseslər mühüm əhəmiyyət kəsb edir. Bu sahələrdə qəbul edilən qərarlar və aparılan dövlət siyasəti vətəndaşların sosial rifahına, milli-mənəvi dəyərlərin qorunmasına və ölkənin gələcək inkişafına müsbət təsir göstərir. Azərbaycan demoqrafik göstəriciləri müsbət tendensiya üzrə inkişaf edən ölkələr sırasındadır və əhalinin sayında mütəmadi artım qeydə alınır. Eyni zamanda, müsbət tendensiyalardan biri odur ki, uşaqların sağlamlığı, ana və uşaq ölümlərinin sayının azalması istiqamətində ciddi nəticələr əldə olunub. Bu ilk növbədə ölkənin hər bir bölgəsində yüksək standartlara cavab verən tibb ocaqlarının yaradılması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Bununla yanaşı, ailələrin sayı artsa da, ailə strukturlarında dəyişikliklər də baş verib – kiçik nüvə ailələrin payı çoxalıb, gənclər arasında gec ailə qurma tendensiyası artıb. Təbii ki, gənclərin ailə qurmağa isti yanaşmaması və yaxud gec ailə qurmağa meyilli olması özlüyündə arzuolunan hal deyil".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, son on ildə qadınların ictimai-siyasi həyatda, təhsildə və iqtisadi sahədə mövqeyi əhəmiyyətli dərəcədə güclənib:

"Qadın sahibkarların sayının artması, parlamentdə və yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin yüksəlməsi bu prosesin bariz göstəricisidir. Gender bərabərliyinə dair dövlət proqramları qadınların həm ailə, həm də ictimai həyatda daha aktiv mövqe qazanmasına şərait yaradıb. Dövlətimizin siyasəti ailə institutunun möhkəmləndirilməsi, uşaqların hərtərəfli inkişafı və qadınların sosial həyatda daha geniş iştirakına yönəlib. Gələcəkdə demoqrafik sabitliyi qorumaq, ailə dəyərlərini möhkəmləndirmək və gənclərin sağlam mühitdə böyüməsini təmin etmək əsas prioritetlərdəndir. Xüsusilə regionlarda məşğulluq imkanlarının artırılması, gənc ailələr üçün dəstək mexanizmlərinin genişləndirilməsi, qadınların sahibkarlığa və elmə daha çox cəlb olunur.
Azərbaycan dövləti hər zaman insan amilini mərkəzə qoyaraq, cəmiyyətin hər bir üzvünün layiqli həyat şəraiti ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirir. Demoqrafik inkişaf, gender balansı və ailə institutunun möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər isə gələcəyimizin daha güclü olmasına xidmət edir".

Vüsalə İbrahimli


P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.

"Cəmiyyətin inkişafında gender bərabərliyi və ailə institutunun möhkəmlənməsi mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1577   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Alim Qasımovdan əl çəkin!

Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir

21 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr