Gələn ay quru sərhədlər açıla bilərmi?

Gələn ay quru sərhədlər açıla bilərmi?Məlum olduğu Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 oktyabr saat 06:00-dək uzadılıb. Yəni təxminən 2 həftə sonra karantin rejimi bitir. Bəs yenidən xüsusi karantin rejiminin müddətinin uzadılması gözlənilirmi? Və yaxud həmin tarixdən sonra quru sərhədlər açıla bilərmi?

Onu da xatırladaq ki, 2020-ci ildən tətbiq edilən karantin rejimi çərçivəsində quru sərhədlər bağlanıb. Rəsmilər quru sərhədlərinin bağlı qalmasını təhlükəsizlik məsələləri ilə əlaqələndirir.

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Xüsusi karantin rejiminin qalması və sərhəd keçid məntəqələrinin bağlı olması Azərbaycanın beynəlxalq imicinə həddindən artıq mənfi təsir göstərir. Çünki Azərbaycan doğrudan da dünyada ən təhlükəsiz ölkələrdən biridir. Sərhəd keçid məntəqələrinin bağlı olması və karantin rejiminin uzadılması ölkə üçün kifayət qədər ciddi problemlər yaradır, xüsusilə turizmin inkişafına mənfi təsir göstərir.

Çünki Azərbaycanın ən prioritet sahələrindən biri turizmdir. Ölkəmizin çox böyük potensialı var. Xüsusilə ərazi bütövlüyümüzün bərpa olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurun böyük turizm potensialının reallaşdırılmasına indidən çalışmalıyıq. Bu baxımdan sərhəd keçid məntəqələrinin bağlı olması və karantin rejiminin uzadılması inandırıcı deyil.

Artıq dünyada belə bir ölkə yoxdur ki, pandemiyaya görə karantin rejimini uzatsın. Həm də bu, ölkənin imicinə xələl gətirir.

Ona görə ümid edirəm ki, bu məsələ artıq sonlandırılacaq və nəhayət Azərbaycanda heç kimin ciddi qəbul etmədiyi pandemiya ilə bağlı karantin rejimi ləğv ediləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6862   Tarix: 14 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda gecə klubunda yanğın OLUB - VİDEO

Bakının Nərimanov rayonunda gecə klubundakı yanğın söndürülüb. Bununla bağlı -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

25 avqust
.

Laçın Şəhəri Günü: Zəfərimizin, Böyük Qayıdışımızın və dirçəlişimizin ünvanı

Laçın - tariximizin, milli yaddaşımızın və Böyük Qayıdışımızın simvollarından biri. Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri özünəməxsus təbiəti, zəngin tarixi, qədim mədəni irsi və strateji coğrafi mövqeyi ilə ölkəmizin tarixində xüsusi yer tutur. Bu gün Laçın təkcə gözəl dağ şəhəri kimi deyil

26 avqust
.

David Seliverstovun Novella Cəfəroğlu ilə telefon danışığı Çingiz Qənizadənin növbəti yalanını İFŞA ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadə son 20 gündən çoxdur ki, "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov haqqında bir neçə iddia irəli sürür. Çingiz Qənizadənin irəl

26 avqust
.

"Hadrut fatehi"nin xanımı da tələbə oldu

Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən müharibəsi şəhidi Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb. Bu barədə "Qafqazinfo"ya şəhid xanımı özü məlumat verib. Fatimə İsmayılova Odlar Yurdu Universitetində "Turizm işinin təşkili"

25 avqust
.

Bu dondurmanın satışı qadağan edildi - Fotolar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib. "Qafqazinfo" xəbər verir ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərə

25 avqust
.

Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçir

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin iqtisadi məzmununu daha da dərinləşdirən mühüm mərhələdir. Bu gün əməkdaşlıq artıq təkcə siyasi dialoqla məhdudlaşmır, investisiya, sənaye, nəqliyyat və logistika sahələrində konkret birgə layihələrl

25 avqust
.

Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Bu axşam saat 20:45-də "Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək. xəbər verir ki, bu barəd

25 avqust
.

Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb. -a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir. 10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olara

26 avqust
.

Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "C5"

25 avqust