Həmin erməninin bir il əvvəlki müsahibəsi: "Mən azərbaycanlıyam" (VİDEO)
Xəbər verdiyimiz kimi, ötən gün Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç şəhərdə keçirilən tədbir yerində silahlı təxribat etmək istəyərkən saxlanılıb.
Qaynarinfo xəbər verir ki, adıçəkilən şəxsin 2024-cü il martın 22-də Baku TV-yə müsahibə verdiyi məlum olub.
Belə ki, müsahibə zamanı özünü azərbaycanlı olaraq təqdim edən Albertoviç bu torpaqlardan getmək istəmədiyini də vurğulayıb.
"16 yaşımda Azərbaycan vətəndaşı oldum. Mən Ermənistan vətəndaşı deyiləm. 30 il əvvəl banda bura gəldi. Çox insanlar qaçqın oldu. Mən Azərbaycan tarixini yaxşı bilirəm. Çünki azərbaycanlıyam", – deyə o bildirmişdi.
Qeyd edək ki, Katen Avanesyan qabaqcadan gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan polisə silahlı müqavimət göstərib.Cavab atəşi nəticəsində güllə yarası alan K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır. K. Avanesyan hazırda həkim nəzarətindədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1204 Tarix: 15 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ordumuzun ilk qadın snayperi vəfat etdi
I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub
14 oktyabrKənd yumurtası bahalaşdı - Topdansatış qiyməti 35 qəpiyə çatdı
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. Qaynarinfo xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Hazırda bölgələrdə kənd yumurtasının topdansatış qiyməti 35 qəpiyə qədər yüksəlib. Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında kəndlərd
14 oktyabrHeç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabrYəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14 oktyabrBakıda və Abşeronda hava iki gün tozlu olacaq
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini
15 oktyabr