"Sözsüz ki, ailənin möhkəm olması təkcə gənclərdən asılı deyildir" - DEPUTAT
"Bu gün Azərbaycan cəmiyyətində, Azərbaycan dövlətində ailə dəyərləri, ailə institutunun möhkəm olması prioritet sahələrdən biridir. Cənab Prezident İlham Əliyevin nitqlərində bu məsələyə daim diqqət çəkir. Bu məsələ cəmiyyətdə çox aktualdı. Çox məyus edici haldı ki, Azərbaycan cəmiyyətində boşanmaların sayı çoxdur. Ona görə də gənclər ailə qurmadan öncə bütün bu məsələlərə diqqətlə yanaşmalıdılar".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.
O, açıqlamasında qeyd edib ki, Ailənin möhkəm olması Azərbaycan cəmiyyətinin sağlamlığı, dövlətinin sağlam olması deməkdir:
"Sözsüz ki, ailənin möhkəm olması təkcə gənclərdən asılı deyildir. Burada həm valideyn, həm təhsil, həmçinin də müasir innovasiya faktorlarını nəzərə almalıyıq. Bunun üçün gənclər arasında müxtəlif təşfiqi işlər aparılmalıdır. Amma gənclər özləri də ailə məsələsinə məsuliyyətlə yanaşmalıdır. Gənclər çox aydın şəkildə "ərə gedirəm", "evlənirəm" və "ailə qururam" arasında fərqi bilməlidilər. Ailə daimi "tikilən bina"dır. Və nə qədər çox o binada yaşayırsan tez-tez o binanı təmir etməlisən. Ona görə ailə qurmaq birdəfəlik bir addım deyil. Ailəni daimi inkişaf etdirmək lazımdır. Ailənin möhkəm olması Azərbaycan cəmiyyətinin sağlamlığı, dövlətinin sağlam olması deməkdir. Ailə institutu əsrlər boyu dövlətin, cəmiyyətin qlobal səviyyədə gedən proseslərdən asılı olmayaraq mövcud olub və mövcud da olacaq. Amma ona olan tələblər, ailə institutundan olan gözləntilər dəyişilib, yeni çağırışlar yaranıb və gənclər bu çağırışlara hazır olmalıdır".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1241 Tarix: 15 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"
"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"
14 sentyabr"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət
Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə
14 sentyabrBəyin atası da idarə rəisi işləyib - Foto
Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub. yurd.media-ya istanadən xəbər verir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur. DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmı
14 sentyabrBu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
"Tədrisi digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" fənninin həftəlik saatı artırılır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırd
14 sentyabrMəktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı
"Məktəblərdə dərs saatlarının dəyişdirilməsi çox mürəkkəb prosesdir". Qaynarinfo xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bunu valideynlərin uşaqlarını məktəbə qoyub işə getməsi ilə əlaqələndirib. O əlavə edib ki, dərs saatlarını
14 sentyabrİnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA
İnsan bəzən sağlamlığına və həyatına zərər verdiyini bildiyi bir vərdişi dayandırmaqda çətinlik çəkir. "İstəsəm, tərgidərəm" düşüncəsi isə hər zaman reallıqda özünü doğrultmur. Bəs insan zərərini bildiyi halda niyə eyni davranışı təkrar edir və bu, iradə zəifliyidir, yoxsa arxasında daha dəri
14 sentyabrAzərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,
13 sentyabrFuad Əliyevə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat
14 sentyabr