Mağazada məhsula zərər verən alıcı məsuliyyət daşıyırmı? - AÇIQLAMA

Mağazada məhsula zərər verən alıcı məsuliyyət daşıyırmı? - AÇIQLAMAAlıcıların ehtiyatsız davranışı nəticəsində mağazalarda məhsullara zərər vurulması halları tez-tez müşahidə olunur. Bəs belə hallarda dəymiş ziyanı kim ödəməlidir – mağaza, yoxsa müştəri? Mülki Məcəlləyə əsasən, zərərin kim tərəfindən qarşılanacağı ilə bağlı aydın qaydalar mövcuddur.

Bəs görəsən mağazada məhsula zərər verən alıcı məsuliyyət daşıyırmı?

Mövzu ilə bağlı vəkil Ruslan Mustafayev Sonxeber.az -a açıqlama verib:

"İstehlakçı ehtiyatsızlıqla hər hansı məhsula zərər vurduqda, dəymiş ziyan müştərinin özü tərəfindən ödənilməlidir. Mülki Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, həmçinin hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Bu qayda hətta zərərin ehtiyatsızlıq nəticəsində baş verdiyi hallara da şamil olunur. Yəni, ehtiyatsızlıq alıcını məsuliyyətdən azad etmir.

Mağaza rəhbərliyi qırılan və ya zədələnən malların dəyərini alıcıdan könüllü şəkildə tələb edə bilər. Əgər alıcı zərərin onun təqsirkar hərəkəti nəticəsində yarandığını qəbul edirsə, bu məbləği ödəməlidir. Lakin müştəri özünü təqsirkar hesab etmədiyi halda, mağaza rəhbərliyi onu ödəniş etməyə məcbur edə bilməz. Belə vəziyyətlərdə mağaza yalnız məhkəmə qaydasında iddia qaldıraraq ziyanın əvəzini tələb edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 778   Tarix: 15 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət

Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian

6 may
.

Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstinta

7 may
.

Nazirlikdən çıxarılan Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildi

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib. -a daxil olan məlumata görə, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzr

7 may
.

Almaniya azərbaycanlı ailə ilə bağlı qərar verdi: Uşaqlar qaytarıldı (FOTO)

Ötən il xaricdə yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əllərindən alınan 2 övladı - Dəniz və Araz Abdullayevlər ailəyə qaytarılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib. O, təxminən 1 ildir davam edən məhkəmə prosesind

8 may
.

"Bu cür laqeydlik gələcəkdə bullinq kimi mənfi halların artmasına münbit şərait yaradır" - AÇIQLAMA

Məktəblərdə fəaliyyət göstərən psixoloqların şagirdlərlə yetərincə maraqlanmaması, onların psixoloji vəziyyətini izləməməsi və mütəmadi söhbətlər aparmaması valideynlər arasında ciddi narahatlıq yaradır. Valideynlər hesab edir ki, xüsusilə yeniyetmə yaş dövründə olan uşaqlarla psixoloqların daha sı

8 may
.

Stresslə mübarizənin ƏN EFFEKTİV yolu açıqlandı

Stresslə necə mübarizə aparmağın yolları açıqlanıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru və yazıçı Mixail Xors yerli mətbuata danışıb. Mütəxəssisin fikrincə, stressin iki növü var: bioloji və emosional. Xors qeyd edib ki, "Bioloji stress həyatdak

7 may
.

"Xınalıq" restoranında ofisiant qəfil öldü

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfa

8 may
.

Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycanda mayın 9-da 27 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl

8 may
.

Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır. İddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. B

7 may