Azərbaycan-İtaliya münasibətləri yeni mərhələdə

Azərbaycan-İtaliya münasibətləri yeni mərhələdəİtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da baş tutan Azərbaycana iki günlük rəsmi səfəri, iki ölkə arasındakı əlaqələrin güclənməsi üçün yeni imkanlar açır.
Görüşdə enerji təhlükəsizliyi məsələləri ön planda olsa da iqtisadi əməkdaşlıq və geosiyasi aspektlər də müzakirə edilib. Ümumiyyətlə isə iki ölkə arasındakı münasibətlər həm də regional sabitlik baxımından əhəmiyyətlidir. Azərbaycanın geopolitik mövqeyi Avropa ilə əlaqələrin inkişafına müsbət təsir göstərir və daha geniş regional əməkdaşlıq üçün zəmin yaradır. Səfər hər iki ölkənin uzunmüddətli maraqlarına uyğun yeni strateji sahələrə investisiya qoyulmasına təkan verəcək.
Azərbaycan Avropa enerji bazarında mühüm oyunçu olaraq İtaliya ilə ticarət əlaqələrini daha da genişləndirərək Avropanın enerji təminatında əhəmiyyətli mövqe qazanır.
İlk növbədə qeyd edilməlidir ki, bu səfər İtaliya Prezidenti cənab Mattarellanın Azərbaycanda ikinci səfəridir və cənab Sercio Mattarella ilk dəfə ölkəmizdə 7 il əvvəl olub. Prezident İlham Əliyevin İtaliya Prezidenti ilə mətbuata bəyanatında dediyi kimi: "Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq".
Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Ötən il Prezident İlham Əliyev İtaliyada rəsmi səfərdə olub və keçirilən görüş zamanı Prezident Sercio Mattarellanı ölkəmizə səfərə dəvət edib.
İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəsı artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Burada xüsusilə Azərbaycan neftinin və qazının İtaliyaya ixracını qeyd etmək lazımdır. Bununla yanaşı Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə ixracın əhatə dairəsi artır və hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi: "Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı".
Qeyd edilməlidir ki, iki ölkə arasında humanitar sahədə də əlaqələr genişlənməkdədir. İtaliya Prezidentinin ölkəmizsə səfəri çərçivəsində oktyabr ayının 1-də İtaliya-Azərbaycan Universitetinin açılışı keçirilib. bir sözlə, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açıb. Yeni açılan Universitetdə təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Bu da öz növbəsində iki dövlət arasında dostluğu daha da gücləndirəcəkdir.
Bu səfər təbii olaraq təkcə İtaliya üçün deyil, həm də region üçün ciddi geosiyasi önəm kəsb edir. Eyni şəkildə Avropa İttifaqı üçün də əhəmiyyətli səfərdir. Çünki Avropa İttifaqının aparıcı ölkələrindən birinin prezidentinin səfəri, region dövlətləri ilə münasibətləri inkişaf etdirməsi, Cənubi Qafqazda təsir imkanlarını artırmaq istəyən Avropa İttifaqı üçün də yeni mərhələ deməkdir.
Beləliklə, Azərbaycan-İtaliya münasibətləri daha da inkişaf etmək potensialına malikdir və bu səfər iki ölkə arasında əlaqələrin daha da güclənməsinə təkan verəcək.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 603   Tarix: 01 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr