"Bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün "anons" xarakteri daşıyır" - AÇIQLAMA

"Bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün "anons" xarakteri daşıyır" - AÇIQLAMA"Kopenhagen sammiti çərçivəsində Prezident İlham Əliyevlə Paşinyan arasında keçirilən görüşü bir neçə aspektdə dəyərləndirmək olar. İlk növbədə, görüşün məkanı və formatı təsadüfi deyil – "Avropa Siyasi Birliyi" platforması həm Azərbaycan, həm də Ermənistan üçün qlobal aktorlarla paralel şəkildə mesajlaşma imkanı yaradır. Yəni burada təkcə iki liderin dialoqundan yox, həm də Avropanın vasitəçi rolunun ön plana çıxmasından söhbət gedir".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

"Bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün "anons" xarakteri daşıyır" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, ikinci məqam odur ki, görüşün Kopenhagen kimi neytral məkanda baş tutması tərəflərin Avropa diplomatiyasının təsiri altında müəyyən jestlər göstərmək istəklərini göstərir:

"Bu, xüsusilə Ermənistan üçün vacibdir, çünki Paşinyan daxili siyasətdə Qərblə yaxınlaşmaya çalışır, eyni zamanda Bakı ilə münasibətlərdə "dialoq görüntüsü" yaratmaq istəyir.

Üçüncü, Azərbaycan tərəfi bu cür görüşlərdə həmişə praqmatik yanaşma sərgiləyib. Prezident İlham Əliyev üçün əsas prinsip budur: konkret nəticə verəcək addımlar varsa, görüş faydalıdır; əgər sadəcə protokol görüşüdürsə, o zaman Bakı artıq bu təcrübəni çox görüb və emosional dəyərləndirmədən uzaqdır.

Dördüncüsü, Paşinyanın Kopenhagendəki masaya oturması Ermənistanın regionda alternativlərinin olmadığını bir daha göstərir. İrəvan nə qədər Qərbə inteqrasiya planlarından danışsa da, reallıqda təhlükəsizlik və sabitlik üçün Bakının mövqeyi həlledicidir.

Beşinci, bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün "anons" xarakteri daşıyır. Yəni yekun sülh müqaviləsi üçün tərəflərin hələ də dialoqdan qaça bilmədiklərini təsdiqləyir.

Amma realist yanaşsaq, bu tip görüşlərdən dərhal nəticə gözləmək sadəlövhlük olar. Çünki Ermənistan tərəfi tez-tez daxili siyasi təzyiqlərə uduzur və masada razılaşdığı məsələləri sonradan geri çevirir.

Nəticə olaraq, Kopenhagen görüşü vacibdir – dialoqun davam etməsi özü bir siqnaldır. Amma bu görüşün gələcək münasibətlərin real dönüş nöqtəsi olub-olmadığını isə qarşıdakı aylar göstərəcək. Azərbaycanın mövqeyi sabitdir: yekun sülh sənədi imzalanmadan bölgədə sabitlikdən danışmaq hələ tezdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1854   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr