"Bu gün əldə etdiyimiz nailiyyətlər 1993-cü ildən başlanmış iqtisadi strategiyanın möhkəm təməlləri üzərində qurulmuşdur" - DEPUTAT

"Bu gün əldə etdiyimiz nailiyyətlər 1993-cü ildən başlanmış iqtisadi strategiyanın möhkəm təməlləri üzərində qurulmuşdur" - DEPUTAT"Azərbaycan Respublikasının müasir dövlətçilik tarixi 3 oktyabr 1993-cü il tarixi ilə bilavasitə bağlıdır. Məhz həmin gün xalqın iradəsi ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyev ölkəni dərin böhran vəziyyətindən çıxarmaq, sabitliyi təmin etmək və dövlət müstəqilliyini əbədi və dönməz etmək missiyasını üzərinə götürdü. O dövrdə Azərbaycanın ən ağrılı problemlərindən biri iqtisadiyyat sahəsində yaşanan tənəzzül idi. İstehsal müəssisələri fəaliyyətini dayandırmış, inflyasiya dərinləşmiş, əhalinin sosial rifahı kəskin şəkildə aşağı düşmüşdü. Gənc dövlətin iqtisadi təməllərinin möhkəmləndirilməsi üçün yeni inkişaf modeli tələb olunurdu. SSRİ-nin dağılmasından sonra Azərbaycan iqtisadiyyatında müşahidə olunan dağınıqlıq ölkəni iflic vəziyyətinə salmışdı. İqtisadiyyatın idarə olunmasında vahid mexanizmin olmaması, müharibənin yaratdığı dağıntılar və siyasi qeyri-sabitlik böhranın dərinləşməsinə səbəb olmuşdu. 1991–1993-cü illərdə sənaye istehsalı 30 faizdən çox azalmış, kənd təsərrüfatı məhsuldarlığı kəskin aşağı düşmüş, milli valyuta olan manat sürətlə dəyərdən düşmüşdü. Əhalinin gündəlik tələbat malları ilə təminatında ciddi problemlər yaranmışdı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev iqtisadi dirçəlişin əsas istiqamətlərini müəyyənləşdirərək inkişaf yolunun təməlini qoydu:

"Ulu Öndər dövlət idarəçiliyində peşəkarlığı, dərin siyasi uzaqgörənliyi və milli maraqlara əsaslanan mövqeyi ilə qısa müddətdə ölkədə sabitlik yaratdı. Bu sabitlik iqtisadi islahatların həyata keçirilməsi üçün zəruri zəmin formalaşdırdı. Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasının zirvə nöqtələrindən biri 1994-cü il 20 sentyabr tarixində imzalanmış məşhur "Əsrin müqaviləsi" oldu. Bu müqavilə Azərbaycanın Xəzər dənizindəki zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün geniş beynəlxalq əməkdaşlıq platforması yaratdı. "Əsrin müqaviləsi" yalnız iqtisadi deyil, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu sənəd Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi, ölkəyə milyardlarla dollar həcmində sərmayə axını təmin etdi və dövlətin maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Daha da önəmlisi, "Əsrin müqaviləsi" Azərbaycanın qlobal enerji siyasətində mühüm oyunçuya çevrilməsinin təməlini qoydu. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi transmilli layihələr ölkəmizi regionun enerji xəritəsində strateji mərkəzə çevirdi. Ulu Öndərin neft strategiyası və iqtisadi islahatları nəticəsində Azərbaycan qısa müddətdə beynəlxalq iqtisadi münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı. 1995-ci ildə qəbul edilən yeni Konstitusiya hüquqi dövlətin əsaslarını qoydu və iqtisadi fəaliyyətin qanunlarla tənzimlənməsini təmin etdi. Azərbaycan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu maliyyə institutları ilə sıx əməkdaşlığa başladı. Xarici ticarət əlaqələri genişləndi, yeni sənaye müəssisələri tikildi, kənd təsərrüfatında modernləşmə prosesinə start verildi. Ən əsası, neft gəlirləri düzgün idarə olundu. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı. Bu fond gəlirlərin şəffaf idarə olunması və gələcək nəsillərin maraqlarına xidmət etməsi baxımından unikal mexanizm idi. 1993-cü ildən başlayaraq həyata keçirilən iqtisadi islahatlar və neft strategiyası Azərbaycanı dərin böhrandan çıxararaq inkişaf yoluna saldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində neft amili yalnız xammal ixracı kimi deyil, milli inkişafın və müasir dövlətçiliyin əsas sütunlarından biri kimi dəyərləndirildi. Bu gün əldə etdiyimiz nailiyyətlər 1993-cü ildən başlanmış iqtisadi strategiyanın möhkəm təməlləri üzərində qurulmuşdur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1498   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr