"Məktəbli avtobusları bütün ailələrin büdcələrinə uyğun olmalıdır" - AÇIQLAMA

"Məktəbli avtobusları bütün ailələrin büdcələrinə uyğun olmalıdır" - AÇIQLAMAOktyabrın 1-dən etibarən Bakı şəhərində məktəb avtobusları layihəsi pilot formada fəaliyyətə başlayıb.

Layihənin məqsədi şagirdlərin təhlükəsiz və rahat şəkildə məktəbə daşınmasını təmin etməkdir. Artıq 1200-dən çox şagird bu xidmətə qoşulub. İlkin mərhələdə 8 dövlət və 3 özəl məktəb layihəyə cəlb olunub. Qiymətlər 100 manatdan başlayır və məsafəyə, uşaq sayına, eləcə də gedişin tək və ya ikitərəfli olmasına görə dəyişir.

Bəs bu qiymətlər bütün ailələrin maddi vəziyyətlərinə uyğundurmu?

Sosioloq Üzeyir Şəfiyev bu barədə Sonxeber.az -a danışıb:

"Məktəblər üçün avtobusların təşkil edilməsi təqdirəlayiq addımdır. Bu təşəbbüs şagirdlərin təhlükəsizliyi baxımından olduqca vacibdir və valideynlərin narahatlığını müəyyən qədər aradan qaldırır. Lakin burada ən önəmli məqamlardan biri həmin avtobus xidmətlərinin valideynlərin maddi imkanlarına uyğun olmasıdır. Xüsusilə aztəminatlı ailələrin vəziyyəti diqqətə alınmalıdır.

Əgər söhbət dövlət məktəblərinin şagirdləri üçün təşkil olunan avtobuslardan gedirsə, bu zaman sosial ədalət prinsipləri nəzərə alınmalı, bütün şagirdlər üçün bərabər imkanlar yaradılmalıdır. Unutmayaq ki, biz sosial və inklüziv dövlət quruculuğu mərhələsini yaşayırıq. Azərbaycan artıq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Həmin məqsədlərin əsas şüarı isə "Heç kəsi kənarda qoymamaq"dır. Bu, hər kəs üçün bərabər imkan və şansların yaradılması deməkdir. Məktəbli avtobusları da məhz bu prinsiplərə uyğun şəkildə hər bir şagird üçün əlçatan olmalıdır.

Digər tərəfdən, bu xidmətin keyfiyyətinə də xüsusi diqqət yetirilməlidir. Avtobusların texniki vəziyyəti, sürücülərin peşəkarlığı və məsuliyyəti, təhlükəsizlik qaydalarına riayət olunması mütləq nəzarətdə saxlanmalıdır. Əks halda, təşəbbüs gözlənilən faydanı verməz.

Hesab edirəm ki, bu yanaşmaya daha çevik və sosial baxımdan həssas formada yenidən baxmaq, həm də uzunmüddətli dövlət proqramına çevirmək lazımdır. Çünki məktəbli avtobusları sadəcə nəqliyyat vasitəsi deyil, gələcəyimiz olan uşaqlar üçün təhlükəsizlik, bərabərlik və sosial rifah təminatıdır"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1859   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr