"Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü işlər çoxşaxəli və tarixi əhəmiyyətə malikdir" - AÇIQLAMA

"Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü işlər çoxşaxəli və tarixi əhəmiyyətə malikdir" - AÇIQLAMA"Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü işlər çoxşaxəli və tarixi əhəmiyyətə malikdir" - bunu Sonxeber.az -a danışan deputat Pərvanə Əliyeva deyib:

"1993-cü il oktyabrın 3-də Azərbaycanın müasir tarixində dərin iz buraxan mühüm hadisə baş verdi. Xalqın mütləq əksəriyyətinin iradəsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün həmin tarixi günün ölkəmizin dövlətçiliyi və gələcək inkişafı üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi aydın şəkildə görünməkdədir.
1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi, sosial və iqtisadi böhranla üz-üzə qalmışdı. Daxili çəkişmələr, idarəetmədə səriştəsizlik, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı xalqı dərin bir ümidsizliyə sürükləmişdi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətçiliyinin mövcudluğu ciddi təhlükə altına düşmüşdü.
Belə bir həssas dönəmdə xalqın yeganə ümid yeri Ümummilli Lider Heydər Əliyev oldu. Azərbaycan xalqı, onun siyasi uzaqgörənliyinə, idarəçilik təcrübəsinə və müstəqil dövlət quruculuğundakı qətiyyətinə güvənərək, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş ümumxalq səsverməsində Heydər Əliyevi Prezident seçdi.
Bu seçkilər təkcə bir liderin Prezident postuna gəlməsi deyil, həm də dövlətçiliyin xilası, sabitliyin bərqərar olması və gələcək uğurların təməlini təşkil edən tarixi qərar oldu.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü işlər çoxşaxəli və tarixi əhəmiyyətə malikdir. O, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında həlledici rol oynamışdır.
Heydər Əliyevin Prezident seçilməsindən sonra Azərbaycanda bir çox mühüm addımlar atılmışdır. Belə ki, Ulu Öndər Prezident seçildikdən sonra qanunsuz silahlı birləşmələr ləğv edildi, Konstitusiya quruluşu bərpa edilərək hüquqi islahatlara start verildi, dövlətçiliyin əsasları möhkəmləndirildi, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi gücləndi, neft strategiyası formalaşdırıldı və 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanaraq ölkənin iqtisadi inkişafına yeni nəfəs verildi, silahlı qüvvələrin formalaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə dərin islahatlar həyata keçirildi.
Bundan başqa, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.

Heydər Əliyev təkcə bir siyasi lider deyil, müasir Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı və gələcəyə yol açan müdrik rəhbər olmuşdur. Onun uzaqgörənliyi, qətiyyəti və xalqına olan sədaqəti nəticəsində Azərbaycan dövlətçiliyi qorundu, müstəqillik möhkəmləndi və inkişafın təməli qoyuldu.
Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib.

Bu gün Azərbaycan Respublikasının müstəqil, güclü və suveren dövlət kimi mövcudluğu, beynəlxalq aləmdə nüfuz qazanması məhz 3 oktyabr 1993-cü il tarixində atılan möhkəm təmələ əsaslanır. Ulu Öndər Heydər Əliyevin milli maraqlara söykənən müdrik siyasəti ölkəmizin inkişaf yolunu müəyyən etmişdir.
Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar və strateji qərarlar Azərbaycanı tənəzzüldən çıxararaq, dinamik inkişaf edən dövlətə çevirdi. Bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

3 oktyabr tarixi xalqın öz gələcəyinə sahib çıxaraq, müdrik seçim etdiyi və Azərbaycan dövlətçiliyinin xilası üçün dönüş nöqtəsinə çevrilən unudulmaz bir gündür".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1011   Tarix: 02 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr