Azərbaycanın bəzi kəndlərində yeni iş yerləri açılacaq
Ölkədə 8 turistik kənd seçilərək turizm infrastrukturu layihəsinə daxil edilib.
Sonxeber.az Xəzər TV-yə istinadla xəbər verir ki, Dövlət Turizm Agentliyinin seçdiyi kəndlər unikal bölgələrdə yerləşir. Siyahıya Qusarın Ləzə, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi daxildir. Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, bu kəndlər "Turistik kənd" konsepsiyasına uyğun olaraq gələcəkdə həm daxili, həm də xarici turistlər üçün yeni marşrutların əsas hissəsinə çevriləcək.
Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. Məsələn, Astaranın Sım kəndində turizm potensialı qiymətləndirilib və kənd regionun turizm marşrutuna daxil edilib. Son iki ildə yalnız bu kəndə hər ay təxminən 2 min turistin səfər etməsi infrastrukturu inkişaf etdirməyin nə qədər vacib olduğunu göstərir. Ekspertlər hesab edirlər ki, bu cür layihələr kəndlərdə yeni iş yerləri yaradacaq və əhalinin kənddən şəhərə axınını azaldacaq.
Dünya təcrübəsində "Turistik kənd" modeli artıq özünü doğruldub. İtaliya, İndoneziya, Fransa kimi ölkələrdə bu format kəndlərin boşalmasının qarşısını alıb, əhalinin gəlirini artırıb və milli mətbəx ilə sənətkarlığı dirçəldib.
Rəhman Quliyev bildirir ki, Azərbaycan da bu təcrübəni öz coğrafiyasına uyğunlaşdırmaqla həm regionların sosial həyatını canlandıra, həm də kənd turizmini brend səviyyəsinə qaldıra bilər.
Hazırda layihəyə daxil olan kəndlərdə həm infrastrukturun təkmilləşdirilməsi, həm də təbii və mədəni irsin qorunması istiqamətində işlər davam edir. Yeni konsepsiya başa çatdıqdan sonra bu kəndlərin hər biri Azərbaycanın turizm xəritəsində fərqli sima ilə təqdim olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1951 Tarix: 05 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara
13 oktyabr"Roşka" ləqəbli tiktokerə hökm oxundu
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymano
13 oktyabrBakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12 oktyabrSabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü
12 oktyabrBu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind
12 oktyabrBakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Sabah - oktyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır. xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiy
13 oktyabr