"Yan gözlə baxma" üstündə silahlı davada 5 yaşlı uşaq həyatını itirdi

"Yan gözlə baxma" üstündə silahlı davada 5 yaşlı uşaq həyatını itirdiTürkiyənin Konya şəhərinin Karatay rayonunda iki qrup arasında "yan gözlə baxma" səbəbindən başlayan mübahisə silahlı davaya çevrilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saat 20:00 radələrində Şemsi Təbrizi məhəlləsinin Baba Sultan küçəsində baş verib. Məlumata görə, taksi ilə məhəlləyə gələn 3 nəfərlə Nedim Kaçın (19) və Ali Turan (18) arasında "yan baxma" üstündə mübahisə yaranıb.

Qısa müddətdə gərginləşən mübahisə davaya çevrilib və qarşı tərəfdən iki nəfər tapança ilə atəş açıb. Açılan atəş nəticəsində Ali Turan ayağından, Nedim Kaçın qarnından yaralanıb, həmin anda küçədə olan 5 yaşlı Yıldırım Kaçın isə boynundan güllə yarası alıb.

Şübhəlilər hadisə yerinə gəldikləri taksi ilə qaçıblar. Hadisə barədə məlumat alan polis və təcili tibbi yardım əməkdaşları əraziyə cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə Konya Numune Xəstəxanasına aparılıblar.

Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Yıldırım Kaçın həyatını xilas etmək mümkün olmayıb. Vəziyyəti ağır olan Nedim Kaçın isə ilkin tibbi yardımdan sonra Meram Tibb Fakültəsinə köçürülüb.

Sağlıq durumu stabil olan Ali Turan ilkin ifadəsində hadisənin "yan baxma" üstündə baş verdiyini bildirib. Polis, hadisədən sonra taksi ilə qaçan şübhəlilərin kimliyinin müəyyənləşdirilməsi üçün əməliyyata başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 886   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO

Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim

14 sentyabr
.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO

Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 8-də saat 23:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zərda

9 sentyabr
.

Polisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO

İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy

10 sentyabr
.

Gənc qız intiharını canlı yayımladı: Anasının yalvarışlarına baxmayaraq həyatını itirdi

Rusiyada gənc qız sosial şəbəkədə canlı yayım açaraq intihar edəcəyini açıqlayıb. Hadisə zamanı yayına qoşulan anasının göz yaşları və qızını fikrindən daşındırmaq cəhdləri nəticəsiz qalıb. Gənc qız canlı yayım davam edərkən özünü yüksəklikdən aşağı ataraq həyatını itirib. xarici mediaya istinadla xəbə

8 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr
.

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls

14 sentyabr
.

Öldü zənn edib yas tutdular, 10 gün sonra möcüzə baş verdi - VİDEO

Nepalda böyük dağıntılara səbəb olan sel fəlakətindən 10 gün sonra möcüzəvi xilas baş verib. Betrawati bölgəsində sel zamanı itkin düşən yaşlı qadın Çandika Kumari Şrestha dağıntılar arasında sağ tapılıb. xarici mediaya istinadla xəbər verir ki, fəlakətdən sonra Şrestha ilə günlərlə əlaqə saxlamaq mümkü

7 sentyabr
.

Kirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO

İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib

8 sentyabr