Qardaş faciəsi – kişi bıçaqla öz qardaşını qətlə yetirdi

Qardaş faciəsi – kişi bıçaqla öz qardaşını qətlə yetirdiTürkiyənin Qaziantep şəhərində ailə münaqişəsi qanla nəticələnib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qardaşlar arasında uzun müddətdir davam edən ədavət bu dəfə faciə ilə bitib – 40 yaşlı Yaşar Tüzel, 45 yaşlı böyük qardaşı Mehmet Tüzeli bıçaqla qətlə yetirib.

Hadisə dünən günorta saatlarında şəhərin Göllüce məhəlləsində baş verib. Məlumata görə, aralarında narazılıq olan qardaşlar evlərinin qarşısında mübahisəyə başlayıblar. Qısa müddətə gərginləşən mübahisə davaya çevrilib.

Dava zamanı Yaşar Tüzel cibindəki maket bıçağını çıxararaq qardaşının boğazına və bədəninin bir neçə hissəsinə zərbə endirib. Ağır yaralanan Mehmet Tüzel təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Hadisədən sonra qaçan Yaşar Tüzel, Asayiş Şöbəsinin Cinayət Axtarış Bürosu əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb. Onun psixoloji problemlərinin olduğu iddia edilir. Polis bölməsində ifadəsi alınan Yaşar Tüzel daha sonra məhkəməyə göndərilib.

Hadisə anına aid mobil telefon görüntüləri də üzə çıxıb. Kadrlarda Yaşar Tüzelin qardaşını dəfələrlə bıçaqladığı, onları ayırmaq istəyən analarını təpiklə vuraraq yerə yıxdığı anlar əks olunub.

Qaziantep polisi hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 779   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı

İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on

21 sentyabr
.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13 sentyabr
.

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyün

19 sentyabr
.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO

Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya

21 sentyabr
.

Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü

Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla

21 sentyabr
.

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd

19 sentyabr
.

Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO

Honq-Konqda bir qadın sifariş etdiyi mal əti ilə düyü əriştəsinin içindən canlı siçan balası çıxması ilə böyük şok yaşayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Wah Sing Sənaye Binasında fəaliyyət göstərən Wa Jer Restaurant adlı restoranda baş verib. Qadın 44 Honq-Konq dollarına mal əti il

11 sentyabr
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15 sentyabr