Dəhşətli hadisə: Cütlük qızlarının ad günündən sonra isti su dolu vannada ölü tapılıb
Braziliyada ordu üzvü olan Jeferson Luiz Sagaz (37) və həyat yoldaşı, manikür salonu sahibi Ana Karolina Silva (41), qızlarının ad gününü qeyd etdikdən bir neçə saat sonra vannada ölü tapılıblar.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, cütlük əvvəlcə ad gününü bir məkanda qeyd edib, daha sonra gecə klubuna yollanıb. Gecə yarısı isə Santa-Katarina ştatının São José şəhərindəki "Dallas" motelinə yerləşiblər. Lakin ertəsi səhər onlar kiçik qızlarını götürmək üçün gəlmədikdə, yaxınları narahat olaraq polisə müraciət edib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları, cütlüyü otağın hamam hissəsində, 50°C temperaturda isti su ilə dolu vannada cansız vəziyyətdə aşkarlayıb. Otaqda işlək vəziyyətdə olan bir isitici cihaz da tapılıb.
Santa-Katarina Əyalət Polis İdarəsinin araşdırmasına əsasən, ölüm elektrik cərəyanı, boğulma və ya karbonmonoksit zəhərlənməsi nəticəsində baş verməyib. Polis rəisi Felipe Simão Gomes açıqlamasında bildirib:
"Araşdırmalar göstərir ki, ölüm qəfil baş verib və üçüncü şəxsin müdaxiləsi olmayıb. Lakin bədənlərdə aşkarlanan bəzi maddələr diqqət çəkicidir."
Toksikoloji hesabatına görə, həm Jefersonun, həm də Ana Karolinanın qanında yüksək miqdarda alkoqol və kokain aşkarlanıb. Mütəxəssislər, bu maddələrin isti suyun təsiri ilə birlikdə ani ürək tutmasına səbəb ola biləcəyini ehtimal edirlər.
Baş tibbi ekspert Andressa Boer Fronza hadisə ilə bağlı bildirib:
"Ölümlər, orqanizmdə olan xarici maddələr və yüksək temperatur nəticəsində yaranan həddindən artıq maye itkisi və orqan çatışmazlığı səbəbindən baş verib."
Cütlük təxminən 20 ildir evli olub və tanışları onları mehriban, ailə dəyərlərinə bağlı valideynlər kimi tanıyıblar. Onların keçmişində zorakılıq və ya cinayət hadisəsinə rast gəlinməyib.
Ana Karolinanın ailəsi isə, onun müntəzəm şəkildə narkotik istifadə etdiyini təkzib edib, maddənin ona zorla verilmiş ola biləcəyini iddia edir.
Bu faciədən sonra cütlüyün 4 yaşlı qızı yaxın qohumlarının himayəsinə verilib. Kiçik qız, ad gününü qeyd etdikdən bir neçə saat sonra valideynlərini itirib.
Qeyd edək ki, bu hadisə bir müddət əvvəl Rumıniyada yaşanan bənzər faciəni xatırladıb. Həmin vaxt 22 yaşlı bir qadın, doğum gününü qeyd etdikdən sonra isti su dolu vannada ürək tutmasından dünyasını dəyişmişdi.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1272 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on
21 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabr