Keçmiş arvadını bıçaqla hədələyən kişi 3 uşağını girov götürdü – DƏHŞƏTLİ HADİSƏ

Keçmiş arvadını bıçaqla hədələyən kişi 3 uşağını girov götürdü – DƏHŞƏTLİ HADİSƏTürkiyənin Aksaray şəhərində ailə mübahisəsi faciəvi anlara səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl həyat yoldaşından boşanan Süheyl İ. uşaqlarını görmək bəhanəsi ilə keçmiş arvadı Hasrət K.-nın Taşpazar məhəlləsindəki evinə gəlib.

Evin içərisində mübahisəyə başlayan Süheyl İ. keçmiş arvadını döyüb, daha sonra mətbəxdən götürdüyü bıçaqla onun üstünə hücum edib. Qorxuya düşən qadın evdən qaçaraq 112 Təcili Çağrı Mərkəzinə məlumat verib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Polis evə girmək istəsə də, kişi qapını açmayıb. Daha sonra 3 uşağını yanına alaraq evin balkonuna çıxan Süheyl İ. keçmiş həyat yoldaşının geri dönməsini tələb edib.

Hadisə zamanı şok keçirən qadına təcili yardım maşınında tibbi yardım göstərilib. Bu vaxt isə balkonda göz yaşları içində qalan uşaqlar "Ana, nə olar gəl!" deyə fəryad ediblər.

Polis uşaqları xilas etmək üçün hadisə yerinə xilasedici briqadasını çağırıb. Onlar əvvəlcə uşaqları şişmə döşəyə atlatmaqla xilas etməyə çalışıblar. Lakin Süheyl İ. balkondakı stəkan, stul kimi əşyaları aşağı ataraq polis və yanğınsöndürənləri uzaqlaşdırmağa çalışıb.

Aksaray Respublika Prokurorluğunun göstərişi ilə hərəkətə keçən polis, koç başı ilə mənzilin qapısını sındıraraq içəri daxil olub. Uşaqlar təhlükəsiz şəkildə xilas edilib, Süheyl İ. isə zərərsizləşdirilərək həbs olunub.

Şəxs tərs qandal taxılmaqla mənzildən çıxarılıb və polis bölməsinə aparılıb. Hadisə ilə bağlı Aksaray Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 832   Tarix: 07 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng

21 sentyabr
.

Hamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar

20 sentyabr
.

13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO

ABŞ-də 13 yaşlı qızla görüşmək məqsədilə təxminən 14 saat avtomobil idarə etdiyi bildirilən kişi polis tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin uşaqlara qarşı cinsi cinayətlərin qarşısının alınmasına yönəlmiş əməliyyat çərçivəsində baş verdiyi bildirilir. Məlumata görə

17 sentyabr
.

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb

Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd

20 sentyabr
.

Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO

Honq-Konqda bir qadın sifariş etdiyi mal əti ilə düyü əriştəsinin içindən canlı siçan balası çıxması ilə böyük şok yaşayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Wah Sing Sənaye Binasında fəaliyyət göstərən Wa Jer Restaurant adlı restoranda baş verib. Qadın 44 Honq-Konq dollarına mal əti il

11 sentyabr
.

Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO

Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim

14 sentyabr
.

Sabirabadda bir ailə qəzaya düşdü

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c

21 sentyabr
.

Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO

Avtobusda təcavüzə məruz qaldığını bildirən qadın yaşadığı hadisəni evə qayıtdıqdan sonra ərinə danışıb. Lakin dəstək gözlədiyi halda keçmiş ərinin onu günahlandıran reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, qadın yaşadığı hadisəni keçmiş ərinə danışıb. Lakin əri ona dəstə

11 sentyabr