Anar Kərimov: "Ötən il islam istiqrazları buraxılışının həcmi 180 milyard dolları ötüb"
Dünya miqyasında da İslam kapital bazarının potensialı artır.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda "İnkişaf etməkdə olan bazarlarda islam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: Müxtəlif regionlardan təcrübələr və öyrənilmiş dərslər" mövzusunda aparılan panel müzakirəsi zamanı deyib.
O bildirib ki, təkcə keçən il sukuk (islam istiqrazları) buraxılışının həcmi 180 milyard dolları ötüb: "Bununla yanaşı, halal standartların tətbiqi iqtisadi və maliyyə inkişafı üçün əlverişli mühit yarada bilər. Halal sertifikatlaşdırma artıq qida, iaşə, turizm və kosmetika kimi sahələrdə də genişlənir. Məqsəd istehlakçılarda etimad yaratmaq və yeni imkanlar açmaqdır".
Anar Kərimov vurğulayıb ki, halal sertifikatlaşdırma etimad yaradır, etimad isə bazarları açır: "Hökumət risk əsaslı, proqnozlaşdırıla bilən və şəffaf maliyyə siyasəti formalaşdırmağa sadiqdir. Biz halal ekosistemində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndiririk və bu tədbirdə iştirak edən tənzimləyici qurumlar, biznes assosiasiyaları və akademik dairələrlə açıq dialoqu davam etdirəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 520 Tarix: 07 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabr