207 saylı körpələr evi ilə bağlı İDDİA: Direktor ərzaqları öz bağçasına daşıtdırıb?
207 saylı dövlət uşaq bağçasının valideynləri iddia edirlər ki, müəssisənin direktoru Yeganə Sadıqova dövlət büdcəsi hesabına təmin olunan ərzaqları özünə məxsus digər özəl uşaq bağçasına daşıtdırır. Valideynlərin sözlərinə görə, bağçada hər bir uşaq üçün əlavə olaraq 20 manat məbləğində "fond pulu" toplanır.
Həmin pulu ödəməyən uşaqlar isə bağçadan uzaqlaşdırılır. Baku TV iddiaların nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün 207 saylı bağçada olub. Bağçanın tərbiyəçisi Rəna Qocayeva bildirib ki, Yeganə Sadıqova bu iddialara görə ərizə yazaraq vəzifəsindən ayrılıb: "Yeganə müəllimə bu söhbətlərə görə ərizəsini yazıb işdən çıxıb. "Fond pulu" burada könüllüdür, məcburi deyil. Yeganə xanımın bağçası yoxdur, özünün tədris mərkəzi var, o da təzəlikcə fəaliyyətə başlamışdı. O dedi ki, əgər mənim haqqım, əməyim itirilirsə, onda ərizəmi yazıb gedirəm".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 207 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılır: "Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür. Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq addımlar atılır".
Daha ətraflı Baku TV-nin videomaterialında:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 585 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabrBu gün bir sıra ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat
15 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabr"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne
15 sentyabrBalaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə
16 sentyabr