Dənizdə naməlum kişi meyiti tapıldı
Antalyada dənizdə kimliyi müəyyən edilməyən bir kişinin meyiti aşkarlanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, həmin şəxsin sıldırım qayalıqlardan yıxıldığı güman edilir. Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Ədli Tibb Qurumuna göndərilib.
Hadisə səhər saat 08:30 radələrində Muratpaşa rayonunun Yeşilbahçe məhəlləsində, Lara prospektində yerləşən Falez-2 parkı sahilində baş verib. Məlumata görə, səhər saatlarında dəniz üzərində hərəkətsiz bir şəxsi görən vətəndaşlar dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər.
Əraziyə Antalya Polis İdarəsinin Dəniz Limanı Şöbəsi və Sahil Mühafizəsi Komandanlığına məxsus qayıqlar cəlb olunub. Əraziyə çatan dəniz polisi və sahil mühafizəsi əməkdaşları su üzərindəki kişi meyitini qayığa alaraq Yat Limanına gətiriblər.
Burada hazır gözləyən təcili tibbi yardım işçilərinə təhvil verilən meyitin təxminən 30 yaşlarında bir kişiyə məxsus olduğu bildirilib. Onun üzərində şəxsiyyətini müəyyənləşdirəcək hər hansı sənəd tapılmayıb.
Hadisə yerində ilkin araşdırmadan sonra meyit Antalya Ədli Tibb Qurumu morquna aparılıb. Ölümün dəqiq səbəbi aparılacaq ekspertizadan sonra müəyyən olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 825 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabr