600 min avroya fotoqraf axtarılır: Almaniya Maliyyə Nazirliyi yeni tenderlə gündəm oldu
Almaniya Maliyyə Nazirliyi yeni tenderlə gündəmə gəlib. Lars Klinqbaylın rəhbərlik etdiyi qurum 2026-2027-ci illərdə fəaliyyət göstərəcək peşəkar media komandası axtarır. Bu məqsədlə isə təxminən 580 min avro (+ƏDV) - ümumilikdə 620 min avro büdcə ayrılıb.
Oxu.az bu barədə "WELT" portalına istinadən xəbər verir.
Bildirilir ki, tender sənədlərində il ərzində 175-225 arası fərqli çəkiliş tapşırığının yerinə yetirilməsi planlaşdırılır. Xidmət yalnız studiya çəkilişlərini deyil, həm də səfər və tədbir çəkilişlərini əhatə edir. Media komandasının həftəsonları, rəsmi tətil günlərində, eləcə də Almaniya daxilində və xaricdə çevik şəkildə işləyə bilməsi tələb olunur. Bəzi hallarda qısa müddətdə xaricə ezamiyyət də nəzərdə tutulur.
Tenderin şərtlərinə əsasən, xidmət paketi yalnız kamera arxası işlərlə məhdudlaşmır. Saç düzümü, makiyaj və qarderob məsləhəti kimi dəstək xidmətləri də nəzərdə tutulub və bu məqsədlə əlavə büdcə ayrılacaq.
Foto və videoçəkilişlərdən əldə edilən materialların ictimaiyyətə təqdim olunmazdan əvvəl yüksək keyfiyyətlə hazırlanması əsas prioritet kimi qeyd olunur.
Maliyyə Nazirliyindən bildirilib ki, bu tip media xidmətləri ictimai məlumatlandırma və kommunikasiya fəaliyyətlərinin vacib hissəsidir. Nazirlik sözçüsü əlavə edib ki, oxşar xidmətlərin satın alınması digər federal nazirliklərdə də standart təcrübə sayılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 788 Tarix: 11 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrZelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
20 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabr