Avtobuslarda qiymət artıb, bəs keyfiyyət? - Nə oturmağa, nə də dayanmağa yer var
Bakıda 119 nömrəli marşrut avtobusundan istifadə edən sərnişinlər hər gün eyni saatlarda yaranan sıxlıqdan şikayətçidirlər. Vəziyyət o yerə çatıb ki, avtobusda nə oturmağa, nə də dayanmağa yer qalmır.
Sərnişinlərin sözlərinə görə, bu cür mənzərə hər gün təkrarlanır. Avtobusda yer olmamasına baxmayaraq, sürücü dayanacaqlarda yenə də sərnişinlərə qapını açır.
Yekunda bu, təhlükəsizlik qaydalarının pozulmasına və sərnişinlərin haqlı narazılığına səbəb olur. Hər gün işə və ya dərsə yollanan sərnişinlər bu sıxlıq içində hərəkət etməyə məcbur olurlar. Narazı sakinlərdən biri vəziyyətdən çıxış yolunu belə izah edib: "Canımızın dərdindən "manatlıq" maşınlarla getmək məcburiyyətində qalırıq".
Qeyd edək ki, sentyabrın 29-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Qərara əsasən, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) də 60 qəpik olaraq müəyyən edilib. Qərar oktyabrın 1-dən qüvvəyə minib.(oxu.az)
Daha ətraflı Baku TV-nin videomaterialında:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 590 Tarix: 12 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
Şəmkir rayonunun bəzi kənlərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqəda
6 maySumqayıtda yataqxana binasında yanğın - Sakinlər təxliyə olundu + Video
Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayı
7 may"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ
Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus"
7 may1 aylıq körpə oksigen çatışmazlığından öldü
Bakıda 1 aylıq körpə xəstəxanada vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Sabirabad rayon sakini 06.04.2026-cı il təvəllüdlü Miran Rəcəb oğlu Təhməzov Yasamal rayonunda yerləşən xəstəxanaların birində oksigen çatışmazlığından ölüb. Hadisə ilə bağlı araşdırma aparılır
7 mayQusarda məşhur şadlıq sarayı BAĞLANDI
Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd edilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliy
7 mayDostlarınızın sizi qısqandığını göstərən 11 əlamət
Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian
6 mayVüsal Nəsirli generalın oğlunu işdən çıxardı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb. Əmrə əsasən, AAYDA-nın Söküntülər idarəsinin rəisi Cavidan Həsənov vəzifəsindən aza
6 may