"Hökumət mütəmadi olaraq təhsil sektorunun inkişafına dair dövlət strategiyası qəbul edir" - BMT rəsmisi
Azərbaycan öz inkişaf prioritetlərində təhsil sektoruna xüsusi diqqət ayırıb.
Sonxeber.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin iqtisadçısı Hurşid Rüstəmov Bakıda keçirilən "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda forumda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın "2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, mühüm istiqamətlərdən biri rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və innovasiya mühitinin yaradılmasıdır: "Bu istiqamətdə təhsilə çıxış məsələləri əsas diqqət mərkəzindədir. Eyni zamanda, təhsilin keyfiyyətinə, xüsusilə orta və peşə təhsili səviyyəsində diqqət artırılır. Bundan əlavə, ölkədə davamlı təhsilin təşviqi və rəqəmsal bacarıqların inkişafı da xüsusi vurğulanır. Beləliklə, bu strategiya təhsil sahəsində islahatların kifayət qədər hərtərəfli istiqamətini müəyyən edir".
BMT rəsmisi əlavə edib ki, hökumət mütəmadi olaraq təhsil sektorunun inkişafına dair dövlət strategiyası qəbul edir, bunu Elm və Təhsil Nazirliyi dəstəkləyir: "Göründüyü kimi, təhsil ölkənin inkişaf səylərində ən yüksək prioritetlərdən biridir. Bu, ümumi istiqamətlərdən əlavə, bizim apardığımız təhlil göstərir ki, hökumət, xüsusilə Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu sahədə bir sıra hədəfli layihələr həyata keçirir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 521 Tarix: 14 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabr