"İşğaldan azad edilən ərazilərdə peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəşt mexanizmləri tətbiq olunur" - Sadiq Əliyev
İşğaldan azad edilən ərazilərdə peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəşt və təşviq mexanizmləri tətbiq olunur.
Sonxeber.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev "Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya" adlı panel müzakirədə çıxış edərkən deyib.
O bildirib ki, DMA həmçinin azad edilən ərazilərdə təhsil və məşğulluq təşəbbüsləri ilə də çıxış edir:
"Azad edilən ərazilərdə peşə hazırlığının təşkilini stimullaşdırmaq və ixtisaslaşmış təlim müəssisələrini regiona cəlb etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə adambaşına düşən vəsaitə 20% əlavə tətbiq edilir. Bundan əlavə, Qarabağ Peşə Hazırlığı Mərkəzi özəl təlim müəssisələri ilə birgə regionun ehtiyaclarına uyğun olaraq birgə təlimlər təşkil edir, öz infrastrukturundan işəgötürənlər üçün geniş istifadəyə imkan yaradır".
S.Əliyev qeyd edib ki, hazırda bu ərazilərdə 300-dən çox şəxs peşəhazırlığı proqramlarına cəlb olunub və proses mərhələli şəkildə davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 804 Tarix: 14 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabr