Maaşlarla bağlı YENİLİK - Gələn ildən bu halda arta bilər
Azərbaycanda orta aylıq əmək haqqı modelindən saatlıq əmək haqqıya keçid mexanizmin hazırlanması ilə bağlı məlumatlar yayılıb.
BAKU.WS-in məlumataına görə, ölkənin saatlıq əmək haqqı sisteminə keçirilməsi prosesi müzakirə mərhələsindədir.
Bəs bu saatlıq əmək haqqı modeli vətəndaşlara necə təsir edəcək? Maaşlar artacaq, yoxsa azalacaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, saatlıq əmək haqqı sistemində məvaciblərin hesablanması müqavilə və saatlara əsasən müəyyənləşəcək:
"Əgər bu mexanizm tətbiq olunursa, o halda saatlıq əmək haqqı üçün minimumlar müəyyənləşəcək və işəgötürən həmin minimumdan az əmək haqqı müqaviləsi bağlaya bilməyəcək.
Eyni zamanda saatlıq əmək haqqı sistemi həm də vətəndaşa bir neçə yerdə işləmək və bir neçə mənbədən əmək haqqı almaq imkanı yaradır. Bu da təbii ki, onlara əmək haqqının artmasına gətirib çıxara bilər.
Qeyd etmək istərdim ki, saatlıq əmək haqqı mexanizminin işlənməsi zaman tələb edən bir prosesdir. Bir sıra sektorlarda keyfiyyət indikatordan istifadə olunur, o cümlədən təhsil sektorunda. Ona görə də saatlıq minimum əmək haqqı mexanizmi hazırlanan zaman sektora yanaşma çox önəmlidir. Fərqli sektorlarda tətbiq edilən mövcud meyarların nəzərə alınmasına ehtiyac var.
Yeni mexanizm zamanı maaşlar artıq aya görə deyil, saata görə müəyyənləşir və işəgötürən həmin minimumdan daha çox əmək haqqı təklif etməlidir. Bu halda işəgötürən tərəfindən minimum saatlıq əmək haqqıdan aşağı məvacib ödənilə bilməz. Eyni zamanda vətəndaş bir neçə qurum və şirkətlə müqavilə bağlamaqla işləyə bilər. Hər bir quruma da minimum saatlıq əmək haqqıdan aşağı əmək haqqı verilməsinə icazə verilmir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5575 Tarix: 15 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina, 522 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. -ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm
24 avqustPalma yağının istifadəsi bu riskləri yarada bilər - AÇIQLAMA
Azərbaycanda kərə yağı idxalı və istehsalının azalması fonunda palma yağı idxalının kəskin artması qida bazarında istehlak və istehsal strukturunda dəyişikliklərin baş verdiyini göstərir. 2026-cı ilin ilk yarısında palma yağı və onun bərk fraksiyalarının idxalı 14,6 min tona çataraq illik müqayisəd
24 avqustBu xəstəxanaya direktor təyin olundu
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb. Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının, 2020-2025-c
24 avqustAzərbaycanın əczaçılıq məhsullarının ixracından gəliri 13 %-dən çox azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 305,178 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,77 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 1,487 milyon ABŞ dolları dəyərind
23 avqustDüzgün saxlanılmadıqda zəhərlənməyə səbəb ola bilər - XƏBƏRDARLIQ
Kəsilmiş qarpızın düzgün saxlanılmaması, xüsusilə isti havalarda bakteriyaların çoxalması və qida zəhərlənməsi riskini artıra bilər. Qarpız kəsildikdən sonra 4C və ya daha aşağı temperaturda soyuducuda saxlanılması tövsiyə olunur. Bəs, kəsilmiş qarpızın xarab olduğunu hansı əlamətlərdən müəyyən etmə
24 avqustAzərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
2025-ci ildə Azərbaycanda 80,3 milyon ədəd SMS göndərilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 39,2 % azdır. Ötən il ölkədaxili mobil telefon trafiki 12 milyard 368,5 milyon dəqiqə olub ki, bu da əvvəlk
23 avqust