Qarabağ əlilinə məxsus obyektin ərazisindən yol salınıb? - Video

Qarabağ əlilinə məxsus obyektin ərazisindən yol salınıb? - VideoBirinci qrup Qarabağ əlili ona məxsus obyektin ərazisindən yol salındığını iddia edib.

"Qafqazinfo" xəbər verir ki, şikayətçi Nahid Əliyev Baku TV-yə müsahibəsində iddia edib ki, onun torpağı əlindən alınıb.

"1999-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə mənə obyekt verildi. 2008-ci ildə Xətai Rayon İcra Hakimiyyətindən gəlib mənim obyektimi sökdülər. Dedilər ki, başqa ərazidən yer verəcəklər. Yer vermədilər. Birinci qrup Qarabağ əliliyəm, bir ayağım və bir gözüm yoxdur. Dəfələrlə İcra Hakimiyyətinə getməyimə baxmayaraq, icra başçısı məni qəbul etməyib. Hər dəfə gedəndə İcra Hakimiyyətinin qarşısında üstümə polis göndərirlər. Mənə hədə-qorxu gəlirlər. Deyirlər ki, kompensasiya almısan. Əgər kompensasiya almışamsa, mənə yazılı sənəd versinlər. Mənim xəbərim, imzam olmadan heç kim pulumu ala bilməz", - Nahid Əliyev iddiasında bildirib.

Məsələyə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov münasibət bildirib:

"Nahid, demək olar ki, hər gün bizim yanımızdadır. Hər gün rəhbərliklə də, bizimlə də görüşür. Torpaqla bağlı məsələyə gəldikdə, biz dəfələrlə ona demişik ki, o torpağın ayrılması barədə sərəncamı bizə göstər. Yerini göstər, bir sənəd göstər, biz onun əsasında təhlil aparaq, araşdıraq və kömək edək. Bu gün də onunla görüşdüm, dedim ki, o sənədləri bizə ver".

Daha ətraflı videomaterialda:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 579   Tarix: 16 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr