Daşkəsəndə altı uşağının səs-küyünə dözməyən kişi arvadını döydü
Daşkəsəndə uşaqlarının səs-küyündən əsəbiləşən kişi arvadını döyüb.
Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.
41 yaşlı İzzət Muradov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını yerə yıxaraq, təpiklə başına zərbələr vurub.
Təqsirləndirilən şəxs bildirib ki, mübahisəyə səbəb arvadının onun sözünə əməl etməməsi və uşaqların səs-küy salması olub:
"Evdə uşaqlar səs-küy salanda tez əsəbiləşirəm və nalayiq sözlər işlədirəm. Əvvəllər də belə olub".
6 uşaq anası olan zərərçəkənin sözlərinə görə əri ilə arasında süfrənin təmiz olmaması səbəbindən mübahisələri olub:
"İzzətə dedim ki, uşaqlar dərs edirlər, mən də kürədə çörək bişirirəm. İşimi bitirib süfrəni təmizləyəcəm. Lakin o, mənimlə mübahisə etdi. Yanından uzaqlaşanda saçımdan tutdu, dartıb yerə yıxdı. Sonra təpiklə başıma zərbələr vurdu. Başımdan qan axırdı. Bu hadisədən sonra polisə şikayət etdim. Əvvəllər də ərim məni döyüb. Lakin məhkəmədə şikayətçi olmamışam. Amma yenə də İzzət hər gün evdə səbəbsiz yerə dava-dalaş salırdı. Məni uşaqlarımın yanında söyüb döyürdü. Həm də məni və azyaşlı qızımızı əxlaqsız adlandırır".
Qadın bildirib ki, 6 uşağının hamısı azyaşlıdır və onları çətinliklə böyüdür. Buna baxmayaraq, əri tərəfindən daim döyülür. Əri ilə barışmaq istəmir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir.
Hadisə ilə bağlı İzzət Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.
Daşkəsən rayon Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə keçirilən iclasda İzzət Muradovun 20 gün müddətinə inzibati qaydada həbs olunmasına qərar verilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 945 Tarix: 19 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrQadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on
21 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabr