"Gəlinliyə görə oğlan evi dava saldı, dedilər açıq-saçıqdır"
"Qızımın gəlinlik donu ilə bağlı nişanlısı, onun ata və anası evimdə dava-dalaş saldılar".
Sonxeber.az xəbər verir ki, bu fikirləri "Teleqraf"a bir neçə gün öncə yaşadığı evdə meyiti tapılan 19 yaşlı Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib.
Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir:
"Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla, oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nigah da bağlamışdılar. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı".
Murad Bayramov bildirib ki, faciənin bünövrəsi qız toyundan başlayıb:
"Qız toyundan sonra Elnur ata-anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik paltarıdır. Amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Amma artıq gec idi".
M. Bayramov qeyd edib ki, kürəkəni Elnur və valideyinləri yas mərasiminə gəlsələr də, o, buna icazə verməyib, onları qovub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3482 Tarix: 21 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye
21 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrMərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabr