Qadın və kişi arasında saf dostluq mümkündürmü? – Psixoloqdan açıqlama

Qadın və kişi arasında saf dostluq mümkündürmü? – Psixoloqdan açıqlamaCəmiyyətimizdə uzun illərdir müzakirə olunan mövzulardan biri qadın və kişinin dostluğunun mümkün olub-olmamasıdır. Bəziləri bu münasibəti təbii və sağlam sosial əlaqə forması kimi qəbul edir, digərləri isə belə dostluqların müəyyən mərhələdə emosional və ya romantik hisslərə çevrilə biləcəyini düşünür. Bəs, qadın və kişi arasında saf dostluq mümkündürmü? Bu münasibətləri formalaşdıran əsas psixoloji amillər hansılardır?

Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

Qadın və kişi arasında saf dostluq mümkündürmü? – Psixoloqdan açıqlama
O, açıqlamasında qeyd edib ki, emosiyalarını sağlam şəkildə təhlil edə bilən, qarşılıqlı hörmət və fikir mübadiləsi aparan insanların dostluq münasibəti qurması mümkündür:

"Kişi və qadın beyninin emosional reaksiyaları bir qədər fərqlidir. Qadınlar dostluq edərkən daha çox emosional yaxınlıq axtarırlar. Kişilər isə münasibətə daha çox ortaq fəaliyyət və ya təcrübə paylaşaraq dostluq qururlar. Belə bir fərq tərəflər arasında yanlış anlaşılmalara, yanlış siqnalların yaranmasına – daha sadə desək, qarşı tərəfin niyyətinin fərqli qavranılmasına səbəb ola bilər.

Bəs kişi və qadın arasında ümumiyyətlə saf dostluq mümkündürmü? Emosiyalarını sağlam şəkildə təhlil edə bilən, qarşılıqlı hörmət və fikir mübadiləsi aparan insanlar arasında bəli, mümkündür. Əslində, belə insanlar ruhən böyüyürlər. Amma bu, çox nadir hallarda baş verir.

Təmiz dostluq niyyətinin uzun müddət davam etməsi üçün bir tərəf digərini romantik obraza çevirməməlidir, münasibətə sosial basqı və ya qısqanclıq daxil olmamalıdır, qarşılıqlı hörmət balanslı şəkildə qorunmalıdır. Eyni zamanda, əks cinsin eynicinsli münasibət tərəfdarı olduğu hallarda da belə dostluqlar baş tuta bilir.

Kolleqa, tələbə, məktəb yoldaşlarını – yəni yoldaşlıq anlayışını – dostluq anlayışı ilə qarışdırmamaq lazımdır. Unutmaq olmaz ki, qadın və kişinin yaxın dostluq münasibəti çox vaxt ilk olaraq bir-birindən xoşlanma hissinin cəzb etməsi əsasında qurulur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1295   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal

21 sentyabr
.

Təranə Paşayeva: "44 günlük Zəfər yalnız hərbi qələbə deyildi - bu, Azərbaycanın diplomatik mövqeyini də kökündən dəyişdi" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva -ın suallarını cavablandırıb. - Təranə xanim, 44 günlük Vətən müharibəsinin başlanmasından artıq illər keçir. Bu dövrə geriyə baxanda, 2020-ci il Zəfərini Azərbaycan tarixinin hansı mərhələsi kim

21 sentyabr