"Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!" - "Faktor Lizinq" sakinlərin evini əlindən alıb?
"Faktor Lizinq" şirkəti ilə bağlı Baku TV-nin qaynar xəttinə şikayət daxil olub. Belə ki, bir qrup vətəndaş adıçəkilən şirkətdən narazılığını bildirib.
Onların sözlərinə görə, şirkətin meneceri Ehtiram Əliyev vətəndaşların evini əllərindən alıb.
"Onlar mənə 30 min dollara qrafik açdılar. 1 il 7 ay qrafik üzrə ödəniş etdim. Sonra məni məhkəməyə verdilər. Bizim iştirakımız olmadan qızımın əşyalı evini darmadağın etdilər. Bu gün də həmin əşyaların harada olduğunu bilmirəm. Mənə "kimə istəyirsən de. Səni də, övladlarını da, kürəkənini də məhv edəcəyəm" dedi", - şikayətçi Sevda İsgəndərova söyləyib.
Digər bir şikayətçi - Kamran Hüseynov isə belə deyib: "2021-ci ilə qədər məhkəmə prosesi getdi. Yekunda Yeni Günəşlidə olan 160-170 min manat dəyərindəki dördotaqlı evimi və 15 min dollarımı əlimdən aldı".
Ehtiram Əliyev isə sadalanan iddiaların əsassız olduğunu bildirib: "Biz haqqımız olanı almışıq. Sevda İsgəndərovaya tərəfimizdən 10 il əvvəl vəsait ayrılıb. Onun evi təxminən borclu olduğu məbləğə satılıb. Mənə hər şeyi rüşvətlə aldığımı dedi. Ona cavab olaraq "bəli, siz elə bilin ki, mən bütün məhkəmələrə rüşvət vermişəm" dedim".
Daha ətraflı videomaterialı təqdim edirik:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 847 Tarix: 23 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabr"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"
"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı
21 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrMərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabr