Valideynləri qocalar evinə göndərmək: Sevgi çatışmazlığı, yoxsa sosial reallıq? - AÇIQLAMA
Cəmiyyətimizdə getdikcə daha çox müşahidə edilən, eyni zamanda ən ağrılı mövzulardan biri – yaşlı valideynlərin qocalar evinə yerləşdirilməsidir. Bir vaxtlar övladlarını böyüdüb, onlara həyat verən valideynlərin son illərini yad bir mühitdə keçirməsi həm sosial, həm də psixoloji baxımdan düşündürücü haldır.
Psixoloq A.Orucova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bu davranışın arxasında təkcə biganəlik və sevgisizlik deyil, dərin emosional, ailəvi və iqtisadi səbəblərin dayanır.
1. Emosional məsafə və duyğu soyuması
Müasir həyat tərzində insanlar öz işlərinə, ailə problemlərinə, gündəlik qayğılarına o qədər qapılırlar ki, valideynlərlə emosional bağ zəifləyir. Uşaqlıqda formalaşmayan yaxınlıq hissi, illər sonra məsuliyyətdən qaçmaqla nəticələnə bilər.
2. Qorxu və günahkarlıqdan qaçış
Bəzi övladlar yaşlı valideynlərinin xəstə, zəif və ya asılı vəziyyətdə olmasına dözə bilmir. Onların bu halını görmək, öz içində "mən kömək edə bilmirəm" duyğusunu oyadır. Bu da günahkarlıq hissini azaltmaq üçün məsafə yaratmağa – yəni, valideyni qocalar evinə göndərməyə səbəb olur.
3. Məsuliyyət yükündən qaçmaq
Yaşlı valideynə baxmaq həm fiziki, həm də emosional baxımdan çətin prosesdir. Xüsusilə gənc nəsil arasında "öz həyatımı yaşamalıyam" düşüncəsi artdığı üçün valideynə baxmaq çox zaman "maneə" kimi qəbul edilir.
4. Ailə daxilində qarşılıqlı incikliklər
Bəzi hallarda uşaqlıqda yaşanan travmalar, valideynlə konfliktlər və emosional zədələr sonradan "soyuq münasibət" formasında özünü göstərir. İnsan keçmişdə aldığı psixoloji yaralara görə, valideyninə qarşı məsafə saxlaya bilər.
5. Sosial və iqtisadi səbəblər
Bəzən bu qərar sırf pis niyyətdən deyil, imkanların məhdudluğu səbəbindən verilir. Xəstə və ya yataq xəstəsi valideynə peşəkar qayğı göstərmək övlad üçün mümkün olmaya bilər. Belə hallarda qocalar evi çıxış yolu kimi qəbul edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 923 Tarix: 23 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrVeysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr