"Hər an böyük faciə baş verə bilər" - Bakıda 10 ailənin həyatı təhlükədədir
Son aylarda yağan intensiv yağışlar nəticəsində Bakıda 10 ailənin həyatı təhlükə altına düşüb.
"Qafqazinfo" Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində evlərin divarlarında çatlar əmələ gəlib, hasarlar isə uçub.
Yeni Günəşli yaylası küçəsində yaşayan ailələr deyirlər ki, son bir ildə yağan intensiv yağışlar torpağın sürüşməsini daha da aktivləşdirib. İkimərtəbəli bəzi evlər hər an uçma təhlükəsi ilə üz-üzədir: "Evimdə çatlar baş verib. Bu gündən sabaha ümidimiz yoxdur. Sürüşmə nəticəsində hər an böyük faciə baş verə bilər. Acınacaqlı vəziyyətdəyik. Heç kimdən də kömək ala bilmirik. Hara gedirik, deyirlər ki, öz hesabınıza kirayəyə çıxın. Bizim də elə bir imkanımız yoxdur. Evdə körpə uşaqlarımız var".
Sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Qurumun əməkdaşları əraziyə baxış keçirərək, evlərin boşaldılması üçün rəy veriblər. Burada yaşayan vətəndaşların sözlərinə görə, uçma təhlükəsi olan evlərdən birinin sahibi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya alaraq ərazini tərk edib. Digər 10 ailə də istəyir ki, kompensasiya ödənilsin və təhlükəli zonadan çıxsınlar.
Suraxanı RİH-dən isə bildirilib ki, məsələ araşdırıldıqdan sonra rəsmi açıqlama veriləcək.
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 830 Tarix: 27 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr