Əynində imam paltarı, əlində içki şüşəsi olan gənc saxlanılıb
Partiyə "imam" geyimində alkoqollu dua edən gənc reaksiyalara səbəb oldu
Edirnə şəhərində bir əyləncə məkanında keçirilən maskalı partidə imam libası geyinərək əlində alkoqol şüşəsi ilə yağış duası edən şəxsin görüntüləri sosial şəbəkələrdə böyük narazılıq yaradıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial mediada yayılan fotolardan sonra Diyanet-Sen hadisə ilə bağlı prokurorluğa şikayət edib və həmin gənc saxlanılıb. Hadisə ilə əlaqədar istintaq davam edir.
Hadisə 25 oktyabr şənbə günü şəhər mərkəzində yerləşən əyləncə məkanında baş verib. Partiyə qatılan gənclər müxtəlif kostyumlar geyinərək əylənib və çəkdikləri fotoları sosial şəbəkələrdə paylaşıblar.
Ancaq paylaşılan fotolardan birində bir şəxsin imam cübbəsi geyinib əlində alkoqol şüşəsi tutaraq yağış duası etdiyi anların əks olunması böyük etirazlara səbəb olub. Edirnə Diyanet-Sen bu hərəkəti dini dəyərlərin alçaldılması kimi qiymətləndirərək Cumhuriyyət Baş Prokurorluğuna müraciət edib.
Edirnə İl Polis İdarəsinin araşdırması nəticəsində görüntülərdəki şəxsin Feyzi T.T. olduğu müəyyən edilib və o, prokurorun göstərişi ilə saxlanılıb. İfadəsi alındıqdan sonra sərbəst buraxılan Feyzi T.T. daha sonra yenidən prokurorluğa çağırılıb, lakin prosedurdan sonra bir daha sərbəst buraxılıb.
Hadisə ilə bağlı istintaq Türk Cəza Qanununun 216/3-cü maddəsi (Dini dəyərləri alçaltma) üzrə davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1024 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabr